Azərbaycan xarici işlər nazirinin müavini Pakistanda görüşlər keçirib
Martın 21-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində bu ölkənin müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Elnur Məmmədov bu ilin iyununda Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib. Azərbaycan ilə Pakistanın səmimi münasibətlərdən bəhs edən nazir müavini əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Bu istiqamətdə aparılan işlər, xüsusilə, Hökümətlərarası Birgə Komissiyanın fəaliyyəti, birgə işçi qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə çatdırılıb.

Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal 2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyinə əminliyini bildirib.

Həmin gün Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.

Görüş zamanı Azərbaycan – İndoneziya münasibətlərindən söz açan Elnur Məmmədov 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib. O, ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə Azərbaycan Hökumətini təbrik edib.

Görüşdə tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan xarici işlər nazirinin müavini Pakistanda görüşlər keçirib

Son xəbərlər

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31