Azərbaycan xarici işlər naziri avstriyalı həmkarı ilə görüşüb
Dekabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında iştirakı çərçivəsində Avstriyanın xarici işlər naziri Mixael Linhart ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Ceyhun Bayramov iki ölkə arasındakı təmasların intensivliyini məmnunluqla qeyd edib. Regional səfəri çərçivəsində Avstriya xarici işlər nazirinin bu ilin iyun ayında Azərbaycana səfəri və bu xüsusda aparılan müzakirələr xatırlanıb.

İkitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraq ifadə edilib. Tərəflər, alternativ enerji, nəqliyyat və tranzit, ağır sənaye sahələrində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi apardıblar.

Avstriyanın xarici işlər naziri pandemiya sonrası Azərbaycanla iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsində maraq ifadə edib. Bu ilin noyabr ayında Avstriya iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və bunun ikitərəfli iqtisadi əlaqələrin inkişafına təkan verəcəyini söyləyib.

Nazirlər həmçinin beynəlxalq təşkilatlar, o cümlədən ATƏT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov həmkarına regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər və bu istiqamətdə Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib.

Qarşı tərəf Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinin vacibliyini qeyd edərək, Avstriyanın bu sahədə tərəflərə yardım edə biləcəyini ifadə edib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31