ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib
Fevralın 23-də ADA Universitetində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən diplomatiya könüllüləri qrupunun üzvləri, habelə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan ADA Universitetinin prorektoru Fariz İsmayılzadə Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülən təcavüz siyasətinin ən ağır hadisələrindən olan Xocalı soyqırımı barədə danışıb, bu tarixin Azərbaycan gəncləri tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xocalı soyqırımı zamanı törədilən vəhşiliklərdən danışıb, Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulduğunu qeyd edib. Nazir müavini Xocalı soyqırımının beynəlxalq hüquq kontekstində təhlilini aparıb. E.Məmmədov 44 günlük müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Ermənistan silahlı qüvvələri tərəfindən soydaşlarımıza qarşı hər iki müharibədə törədilən hərbi cinayətlərin cəzasız qalmaması və mütləq şəkildə hüquqi müstəvidə qiymətin verilməsinin vacibliyini hər zaman öz çıxışlarında vurğuladığını qeyd edib. Nazir müavini, hazırda 17 dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatının, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul etdiyini bildirib.

Daha sonra Xocalı şahidi Xəzəngül Əmirova çıxış edərək əsirlikdə yaşadıqlarını danışıb. O, Xocalı faciəsində atasını, anasını və 5 yaşlı bacısını itirməsini, bunun onun bu günədək həyatında buraxdığı izdən bəhs edib.
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" filmi nümayiş etdirilib.
ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib
ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib
ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib
ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib
ADA Universitetində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar konfrans keçirilib

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31