Türkiyə XİN Xocalı soyqırımı ilə bağlı bəyanat yaydı
Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 28-ci ildönümü münasibətilə bəyanat yayıb.

Bu barədə Türkiyə XİN-in rəsmi saytında qeyd olunub.

Bəyanatda Türkiyənin Xocalı soyqırımını və Azərbaycan torpaqlarının işğalını qınadığı açıqlanıb:

"Ermənistan tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycana məxsus Dağlıq Qarabağın Xocalı şəhərində baş verən hücumda 106 qadın, 63 uşaq, 70 yaşlı insan olmaqla, 613 günahsız şəxs qətlə yetirilib. 1000 nəfərdən çox insan Ermənistan qüvvələri tərəfindən əsir alınıb. İtkin düşən şəxslərin vəziyyəti bu günə qədər məlum deyil”.

Açıqlamada bu, insanlıqdan kənar hadisə olaraq qiymətləndirilib:

"Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan çox azərbaycanlı evlərini tərk etmək məcburiyyətində qalıb, öz ölkələrində köçkün olaraq yaşamaqdadırlar. Hələ də Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bu soyqırımını və Azərbaycan torpaqlarının illərdən bəri davam edən işğalını şiddətlə qınayırıq”.

"Azərbaycanlı qardaşlarımızın 28 il əvvəl Xocalıda məruz qaldıqları soyqırımının acısını dərindən paylaşırıq. Bu faciədə həyatını itirənlərə Allahdan rəhmət diləyir, bütün Azərbaycan xalqına bir daha başsağlığı veririk”, - deyə açıqlamada bildirilib.

Son xəbərlər

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31