Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarında dəyişiklik edildi
Ali məktəblərə tələbə qəbulu qaydalarına dəyişiklik edilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov fevralın 22-də “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Qərar imzalayıb.

Bu dəyişiklik “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının xüsusiyyətlərindən irəli gələrək həmin ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin coğrafiya fənni üzrə tam orta təhsil səviyyəsində biliklərə malik olmasının labüdlüyü ilə əlaqədar edilib. Dəyişiklik adıçəkilən Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1 nömrəli əlavəsi – “İxtisas qrupları və ixtisaslar”da da nəzərdə alınıb və III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqruplarına bölünməsini əks etdirir.

Eyni zamanda, adıçəkilən ixtisaslar üzrə müsabiqə vəziyyətinin təhlili onu deməyə əsas verir ki, nəzərdə tutulmuş dəyişikliklər həmin ixtisaslara marağı artıracaq və həmin ixtisasların müsabiqəsində daha çox abituriyentin iştirakına gətirib çıxaracaq.

Son xəbərlər

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31