“Bakı Metropoliteni”: Ötən il 26-cı stansiya açılıb, daha ikisinin inşaatı sürətlə aparılır
Ötən il Bakı metropoliteninin sayca 26-cı, “Bənövşəyi xətt”in isə 3-cü stansiyasının istismara verilməsi ilə yaddaqalan oldu.

“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, 2020-ci ilin oktyabrında metropolitendə sərnişindaşıma fəaliyyətinə qoyulmuş məhdudiyyət 2021-ci ilin may ayının son günündə ləğv edilərkən, metropoliten 26 stansiya ilə xidmət göstərməyə başlayıb.

Zəfər soraqlı 26-cı stansiya

2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər şərəfinə “8 Noyabr” adlandırılan “Bənövşəyi xətt”in 3-cü stansiyası mayın 29-u istifadəyə verilib. İki gün sonra isə sərnişindaşıma məhdudiyyəti aradan qaldırıldığından bu stansiya da ilk sərnişinlərini qəbul etməyə başlayıb.
Stansiyanın adının təşəbbüsünü də 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfərin memarı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev verib. 2020-ci ilin dekabrında Nazirlər Kabineti bu barədə Qərar imzalayıb.
Bu stansiyada da 2016-cı il aprelin 16-sı müstəqil Azərbaycanın ilk metro xəttinin – “Bənövşəyi xətt”in “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarının davamı kimi ən müasir texnologiyalar tətbiq edilir. 7 vaqonluq hərəkət tərkibləri üçün nəzərdə tutulmuş stansiyanın platforması 144 metr, stansiya kompleksinin uzunluğu isə 363 metrdir. 3 səviyyədən ibarət, 17 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün 3 liftlə təchiz edilmiş stansiyanın arxasında qatarların yolu dəyişərək əksinə hərəkət etməsi üçün 194 metrlik keçid kamerası da inşa olunub. Yeni tipli yoldəyişdirici qurğu isə qatarların daha çevik və sürətlə bir yoldan digərinə verilməsini təmin edir. Bu, xətt boyunca qatarların intervalını tələbatdan asılı olmayaraq dəyişməyə, hərəkət intensivliyini artırmağa imkan verir.

Ən müasir sistemlərdə həlledici imza

“8 Noyabr” stansiyası ilə bərabər bütün “Bənövşəyi xətt” boyunca ilk dəfə qatarların avtomatik hərəkət qrafiki tətbiq edilir. Bu isə tətbiq edilən ən müasir idarəetmə sistemlərinin daha bir tərkib hissəsidir. Bənövşəyi xətdə SCADA - Müşahidə nəzarəti və məlumatların alınması şəbəkəsi qurulub, TETRA - müasir radiorabitə sistemi tətbiq edilib. Gələcəkdə qatarların radiodalğalarla idarə olunmasını (CBTC) nəzərdə tutan sistemin tətbiqinin mühüm mərhələsi olan mikroprosessor mərkəzləşməsi “Bənövşəyi xətt”də, o cümlədən “8 Noyabr”da təmin olunub. Hazırda “Elmlər Akademiyası” stansiyasında yerləşən inzibati binada ən müasir şərait və idarəetmə funksiyalarını özündə ehtiva edən vahid dispetçer mərkəzinin qurulması istiqamətində layihə əsasında işlər də sürətlə aparılır.
Bu sistemlər “Thales” şirkəti ilə əməkdaşlıq şəraitində qurulur. Bununla bağlı ikitərəfli saziş 2019-cu ilin martında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fransaya rəsmi səfəri zamanı imzalanıb. Bu şirkətlə əməkdaşlıq çərçivəsində “Bənövşəyi xətt”in 22 hektarlıq ərazidə yerləşən və perimetr boyunca ümumi uzunluğu 2400 metr hasarla əhatə edilən Xocasən qəsəbəsində inşa olunan deposunda müasir sistemlər qurulacaq. Deponun inşasının birinci mərhələsi 2022-ci ildə yekunlaşacaq. Burada depo yollarının ölkənin dəmiryol xəttinə birləşməsi ilə yanaşı, qatarların texniki baxışı, qulluğu, xidməti və ən əsası, təmiri üçün müvafiq şəraiti olacaq sex, təsərrüfat qatarlarının müvəqqəti dayanacaq və yük yeri, yeni tipli elektrik yarımstansiyası, qatarların hərəkətinin idarəetmə mərkəzi və digər infrastruktur sahələri qurulur. Ərazidə hazırda qatarların hərəkətini təmin edən sistemlər də qurulur.

İkinci yerüstü stansiya 2022-ci ildə hazır olacaq

Xocasən deposunda sərnişinlər üçün yerüstü stansiya da tikilir. Qəsəbə və ətraf ərazilərin sakinlərinin və burada çalışanların şəhərin digər inzibati ərazilərinə yolunu xeyli qısaldacaq bu stansiya “Bakmil”dən sonra Bakı metrosunun ikinci yerüstü stansiyası olacaq. Onun inşasında da əhəmiyyətli mərhələ geridə qalıb. Müasir tələblərə uyğun olaraq, burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb. Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 metr uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır. Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.

Daha bir stansiya inşa olunur

İnşaat işləri “Bənövşəyi xətt”in Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək şərti adı “B-04” olan stansiya da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir. Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarətdir. 2021-ci il ərzində bu səviyyələrdən birincisində kassa zalı səviyyəsi tikilib. Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmaqla aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
“Memar Əcəmi” stansiyasından başlayaraq, “Bənövşəyi xətt”in stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.
“Bakı Metropoliteni”: Ötən il 26-cı stansiya açılıb, daha ikisinin inşaatı sürətlə aparılır
“Bakı Metropoliteni”: Ötən il 26-cı stansiya açılıb, daha ikisinin inşaatı sürətlə aparılır
“Bakı Metropoliteni”: Ötən il 26-cı stansiya açılıb, daha ikisinin inşaatı sürətlə aparılır
“Bakı Metropoliteni”: Ötən il 26-cı stansiya açılıb, daha ikisinin inşaatı sürətlə aparılır

Son xəbərlər

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

"Yeraltı"da daha bir dəyişiklik - FOTO

"Hansısa brendə 5 min avro vermərəm" - Seda Sayan

Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb

İlham Əliyev Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib

Rezidenturaya qəbul üzrə keçirilmiş müsabiqənin nəticələri elan olunub

Ukrayna Rusiyaya məxsus 6 PUA idarəetmə məntəqəsini vurub

İmran Xan həbsxanadan xəstəxanaya köçürülür

IJF İlham Zəkiyevin 10-cu dəfə Avropa çempionu olmasını əsas simvolik məqam kimi qiymətləndirib

Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 107 il ötür

Uşaqların ekran qarşısında qalması bəzi bacarıqlara kömək edə bilər

XİN Rusiya səfirinə Azərbaycan əleyhinə səsləndirilən açıqlamalarla bağlı qəti etiraz bildirib

Məşhur müğənni təyyarəyə gecikdi, qızının toyuna gedə bilmədi - Fotolar

Sabah Azərbaycanda 37 dərəcə isti olacaq

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31