Azərbaycan-Türkiyə diplomatik münasibətlərinin 30 illiyi münasibətilə xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi olub
Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin qurulmasının 30 illiyi münasibətilə qardaş ölkələrimizin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov təbrik məktubunda qardaş ölkədən olan həmkarını diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə ürəkdən təbrik edib. Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət kimi tarixə düşən qardaş Türkiyə ilə münasibətlərimizin ötən illərdə Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və xalqımızın ulu öndəri Heydər Əliyevin “Bir millət, iki dövlət” fikirlərinə uyğun şəkildə inkişaf etdiyi qeyd olunub. Ölkələrimiz arasında mövcud olan münasibətlərin bugünkü səviyyəsinin xalqlarımızın iradəsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə söykəndiyi vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin özünün tarixi zirvəsini yaşadığını qeyd edib və ölkələrimiz arasında münasibətlərin strateji səviyyədən müttəfiqlik səviyyəsinə qədər yüksəlməsində həmkarı Mövlud Çavuşoğlunun da töhfəsinin olduğunu məmnunluqla qeyd edib.

Məktubda Vətən müharibəsi zamanı və sonrakı dövrdə qardaş Türkiyənin bütün səviyyələrdə ölkəmizin haqlı və ədalətli mövqeyini dəstəkləməsinin dövlətimizin başçısı və ümumilikdə, Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyi vurğulanıb. Birgə həyata keçirdiyimiz irimiqyaslı regional və qlobal layihələrin ölkələrimiz arasında ticarət və iqtisadi əlaqələrin daha da genişlənməsinə, regional inkişafa töhfə verdiyi qeyd olunub. Əməkdaşlığımızın Türk Dövlətləri Təşkilatı çərçivəsində də uğurla davam etdiyi diqqətə çatdırılıb.

Azərbaycanın xarici işlər naziri ölkələrimiz arasındakı qardaşlıq və müttəfiqlik əlaqələrinin xalqlarımızın mənafeyinə uyğun olaraq daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Nazir Mövlud Çavuşoğlu da məktubunda azərbaycanlı həmkarını səmimiyyətlə təbrik edib. Türkiyə ilə Azərbaycan arasındakı 71 illik həsrətin 1992-ci il yanvarın 14-də imzalanmış protokol sənədləri ilə sona çatdığını və Türkiyə Respublikasının həmin gündən fəaliyyətə başlayan Bakıdakı səfirliyinin Azərbaycandakı ilk səfirlik olduğunu qeyd edib.

Mövlud Çavuşoğlu son 30 ildə sarsılmaz qardaşlıq əlaqələri üzərində qurulan həmrəyliyimizin iki dövlətin rəhbərlərinin yaxın dostluq münasibətlərinin verdiyi ilhamla daha da inkişaf etdiyini bildirib. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrə hər iki qardaş ölkənin xarici işlər nazirləri tərəfindən birgə verilən töhfələrin qürur və sevinc mənbəyi olduğu ifadə edilib.

Nazir torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü bərpa edən, nail olduğu rifah səviyyəsi ilə regionun yüksələn ulduzuna çevrilən Can Azərbaycanın uğurlarının Türkiyə üçün hər zaman qürur və sevinc mənbəyi olduğunu vurğulayıb. Türkiyəli nazir təbrik məktubunda əlaqələrimizin bu günə qədər olduğu kimi, bundan sonra da daha yüksək səviyyəyə çatdırılmasında əzmli və qərarlı olduqlarını vurğulayıb.

Mövlud Çavuşoğlu ötən 30 ildə iki qardaş ölkə olaraq qazanılan uğurların gələcəyimizə istiqamət verəcəyini, qardaşlıq əlaqələrimizin regionumuzda və dünyada sülhün və sabitliyin bərqərar olmasında mühüm rol oynayacağına inam ifadə edib. O, diplomatik əlaqələrin bərpasının dövlətlərimizə və xalqlarımıza xeyirli olmasını və neçə belə yubileylərə çatmaq ümidi ilə dost və qardaş Azərbaycan xalqına rifah və xoş günlər arzu edib.

Son xəbərlər

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31