Ayaz Mütəllibov Paşinyanın Qazaxıstana qoşun göndərməklə bağlı açıqlamasından danışdı


“Öncə çox sayda insan tələfatı ilə nəticələnmiş faciəvi hadisələrlə əlaqədar qardaş qazax türk xalqına başsağlığımı bildirirəm. Bir xalq üçün olduqca agır bir faciədir. Faktiki olaraq vətəndaş müharibəsi astanasına çatıblar. Bunun da hər bir xalq və dövlət üçün bərpaolunmaz ağır nəticələrə gətirib çıxaracaq faciələrə səbəb olması mümkündür”.

Bu fikirləri Moderator.az-a açıqlamasında son günlər Qazaxıstanda baş verən hadisələrə münasibət bildirən Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov ifadə edib.

“Təəssüf ki, artıq qan tökülməsi, insan itkisi ilə nəticələnmiş bu proseslərin mexanizminin nədən ibarət olduğunu deməkdə çətinlik çəkirəm. Amma onu qəti şəkildə bildirmək olar ki, Qazaxıstanda hakimiyyət orqanları və sadə insanlar arasında dərin uçurum əmələ gəlib. Bu, xüsusilə mərkəzdən kənar bölgələrdə açıq şəkildə özünü göstərdi.

Ənənəvi olaraq bölgələrdə maarifləndirmə işinin zəif təşkil olunması və yaxud heç aparılmaması, yerli özünüidarətmetmə orqanlarının səhlənkarlığı, arxayınçılıq, bütün məsuliyyətin mərkəzin üzərinə atılması, əhalinin maddi cəhətdən zəif hissəsinə həssas yanaşılmaması və sair səbəblər bu tip sosial partlayışlara gətirib çıxarır.

Təbii ki, belə ziddiyyətlər fonunda müəyyən destruktiv qüvvələr hər zaman dövlət və xalq arasında obyektiv və subyektiv səbəblərdən yaranmış hər hansı anlaşılmazlıqlardan öz mənfəətlərinə uyğun yararlanmağa cəhd edirlər. Belə qüvvələr hər zaman hər bir dövlətin daxilində mövcud olub, olacaq da.

Mən istər rəhbərlik etdiyim dövrdə, istərsə də sonrakı dövrlərdə hər zaman problemlərin küçədə silahla, zirehli texnika vasitəsilə deyil, masa arxasında, sivil şəkildə, danışıqlar, müzakirələr yolu ilə həll ediməsinin tərəfdarı olmuşam. Və bu prinsiplərdən bir an olsun belə, uzaqlaşmamışam. Sonradan ötən zaman bu yolun xalqların inkişafı üçün ən optimal yol olduğunu dəfələrlə sübut etdi.

Baxın, görün son zamanlar müsəlman ölkələrində baş verən inqilablar, silahlı toqquşmalar, vətəndaş müharibələri sadə insanlara hansı fiziki, maddi, mənəvi itkilərlə başa gəlir”, - o qeyd edib.

“Ermənistan baş naziri N.Paşinyanın digərlərindən öncə KTMT çərçivəsində Qazaxıstana qoşun göndərməyə hazır olmasını bildirməsi sizdə hansı fikirləri oyatdı?” sualını isə Ayaz Mütəllibov belə cavablandırıb.

“Paşinyanın Qazaxıstana ordu göndərmək məsələsinə ciddi münasibət bildirmək istəmirəm. Yəqin ki, bu məqamda məşhur atalar sözümüz yerinə düşür: “Özünə umac ova bilmir, özgəsinə əriştə kəsməyə çalışır”. Ermənistan ordusunda sərhədləri qorumağa adam tapmaqda çətinlik çəkirlər, amma o boyda Qazaxıstana hərbi köməkdən dəm vururlar. Yəqin ki, Paşinyan hakimiyyəti bu "jesti" ilə Ermənistanın MDB məkanında itirdiyi mövqeləri bərpa etməyə cəhd edir. Bilirsiniz, Rusiya olan yerdə heç kim Paşinyanın bu addımını ciddi qəbul etməz.

Mediadan aldığım məlumatlara görə, artıq Rusiya KTMT çərçıvəsində Qazaxıstanda qarşıdurmanın dayandırılması üçün müəyyən addımlar atmağa hazırlaşır. Bu, təbiidir, çünki ruslar və qazaxlar tarixi qonşu, dost dövlətlərdir və qarşılıqlı maraqları olan xalqlardır. Üstəgəl, Qazaxıstanda rus xalqının kifayət qədər nümayəndələri yaşayır. Bu baxımdan Rusiya ilk növbədə bir böyük qonşu dövlət kimi Qazaxıstanda stabilliyin bərpasında maraqlı olan tərəfdir” - eks-prezident belə deyib.

Son xəbərlər

Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Davam edən Moskva-İrəvan gərginliyi – Rusiya Ermənistana daha bir təsir rıçaqını itirir - ŞƏRH

Lisey və gimnaziyalara qəbul nəticələri açıqlandı

Azərbaycan "ŞƏT plyus"da - Regional liderlikdən qlobal dialoqa - ŞƏRH

Rüşvətlə rəy verməkdə təqsirləndirilən ekspertə və digərlərinə cəza istənilib

ADY Bakı–Tbilisi–Bakı qatarına saxta bilet satışı ilə bağlı xəbərdarlıq edib

İlham Əliyev: "Bir kəmər, bir yol" layihəsi Azərbaycan tərəfindən tamamilə dəstəklənir

İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bakıda 30, rayonlarda 32 dərəcə isti olacaq

TƏBİB rəhbəri: İlkin səhiyyə xidmətləri səhiyyə sisteminin əsasını təşkil edir

Azərbaycan Prezidenti vyetnamlı həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

"MÖCÜZƏLİ NAFTALAN"

Yeni tədris ili üzrə I sinfə elektron qəbul sabah başa çatacaq

ADY və Bakı Metropoliteninin əməliyyat problemlərinə startap həlləri axtarılacaq

Azərbaycan neftinin qiyməti 97 dolları ötüb

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək

Prezidentin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib

Pakistanda gömrük binasına hücum nəticəsində 6 nəfər ölüb

Ermənistana bir qərinə bağlı qalan qapılar – İrəvanın sərhəd sınağı - ŞƏRH

Suriyada hərbi sursat daşıyan avtobus partlayıb, ölənlər və yaralılar var

Hərbçilərin müayinə nəticələrinə müdaxilə edəcəyini vəd edən bir nəfər həbs olunub, digəri cərimələnib

Kino Agentliyi 3 illik auditor seçib

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edir - YENİLƏNİB

Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq

Nepal-Çin sərhədində daşqınlarda ölənlərin sayı 1000-i ötüb

İlham Əliyev Peter Pelleqrinini təbrik edib

Zəkurə Quliyeva — qələmi Qarabağın yaddaşına çevrilən qadın

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930