Ombudsman “Karabakh Memorial” layihəsinin təqdimatında çıxış edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Erməni terrorunun azyaşlı qurbanları” adlı layihənin təqdimatında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı Qarabağ Dirçəliş Fondu tərəfindən dünya ictimaiyyətini Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi cinayətlər barədə məlumatlandırmaq məqsədilə yaradılmış "Karabakh Memorial” internet resursunun təqdimatı keçirilib. Tədbirə bir sıra dövlət qurumlarının, vətəndaş cəmiyyəti təsisatlarının və ali təhsil müəssisələrinin nümayəndələri qatılıblar.

Ombudsman Səbinə Əliyeva tədbirdə “Vətən müharibəsi dövründə Ermənistan tərəfindən uşaq hüquqlarının pozulması” mövzusunda çıxış edib. S.Əliyeva çıxışında Ermənistan silahlı qüvvələrinin Naftalan, Ağcabədi, Gəncə, Tərtər, Bərdə kimi şəhər və rayonlarımızda yerləşən mülki yaşayış məntəqələrini qadağan edilmiş silahlardan atəşə tutması nəticəsində həlak olmuş və yaralanmış uşaqlar barədə danışıb.

Vurğulanıb ki, uşaqlar hərbi münaqişələr zamanı heç bir halda hədəf obyektinə çevrilməməli və müharibənin fəsadlarından əziyyət çəkməməlidirlər. Müharibə dövründə bu mövzu ilə əlaqədar, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinin raket hücumlarına məruz qalması faktları ilə bağlı Ombudsmanın müvafiq beynəlxalq təşkilatlara ünvanladığı hesabat və müraciətlər barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Ombudsman çıxışı zamanı onu da əlavə edib ki, müharibə dövründə mülki obyektlərin atəşə tutulması nəticəsində həlak olmuş uşaqların ailələri və valideynlərini itirmiş uşaqlar, həmçinin şəhid övladları ilə mütəmadi olaraq görüşlər keçirilir, onların vəziyyəti daim diqqətdə saxlanılır. Bununla yanaşı, Ermənistanın hərbi təcavüzü nəticəsində zərərçəkmiş ailə və uşaqların psixoloji sağlamlığının bərpası məqsədilə geniş fəaliyyətin həyata keçirildiyi də diqqətə çatdırılıb.

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31