Sənədsiz evlərlə bağlı ÇOX MÜHÜM YENİLİK: QANUN DƏYİŞİR, 1 YANVARDAN BAŞLAYARAQ...
2022-ci ilin yanvarın 1-dən etibarən yalnız 1 yaşayış sahəsi olan fiziki şəxslər 3 il ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, sadələşdirilmiş vergiyə cəlb edilməyəcəklər.

Turaztv.az AZSABAH.COM-a istinadən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər paketinə əlavə olunub.

“Vətəndaşların sosial hüquqlarının qorunması istiqamətində verilmiş təkliflərdən biri də fiziki şəxslər tərəfindən əmlak təqdim edilməsi zamanı bir sıra obyektiv halların nəzərə alınması (mülkiyyəti təsdiq edən sənədlərin gec verilməsi, sökülən binaların əvəzinə vətəndaşlara yeni mənzilin verilməsi) ilə bağlıdır. Mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxsin azı 3 təqvim ili üzrə yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılması notariuslar tərəfindən ödəmə mənbəyində tutulan vergidən azaddır.

Lakin bir sıra hallarda vətəndaşlar yalnız 1 yaşayış sahəsinə sahib olmasına və həmin yaşayış sahəsində uzun müddət yaşamasına baxmayaraq, müvafiq binalar üzrə sənədləşmənin olmaması səbəbindən yaşayış yeri üzrə qeydiyyata düşə bilmirlər. Bu zaman belə vətəndaşlar həmin yaşayış sahələrini satarkən yaşayış yeri üzrə 3 təqvim ilini əhatə edən qeydiyyat tələbi ödənilmədiyinə görə notariusda müqavilə təsdiq olunarkən onlardan vergi tutulurdu ki, bu da sosial ədalətlilik prinsipi ilə ziddiyyət təşkil edirdi.

Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklərə əsasən, fiziki şəxsin yalnız 1 yaşayış sahəsi olduqda və həmin yaşayış sahəsi üzrə qeydiyyatı təsdiq edən sənədi olmamasına baxmayaraq, həmin yaşayış sahəsində azı 3 təqvim ili ərzində yaşamasını təsdiq edən sənədlər (kommunal təşkilatların arayışları) olduğu halda, onun sadələşdirilmiş vergiyə cəlb edilməməsi nəzərdə tutulur", - Vergi Xidmətindən bildirilib.

Əlavə olaraq, mənzil satışı zamanı vergilər hesablanarkən bir sıra obyektiv halların nəzərə alınmasının davamı kimi, layihədə sökülmüş evlərin əvəzində fiziki şəxslərə yeni tikilmiş binadan mənzillər verilərkən tikilmiş binanın ünvanı fərqli olduğu halda, fiziki şəxsin sökülmüş evdə azı 3 il müddətində (sökülmüş və sökülmüş binanın yerində tikilən yeni binada yaşayış yeri üzrə qeydiyyatda olduğu müddətlər cəmlənməklə) yaşayış yeri üzrə qeydiyyatı olduğu halda, fiziki şəxsin sökülmüş yaşayış sahəsi həddində (artıq sahə verildiyi halda sökülmüş yaşayış sahəsinin 20 %-i həddində) yerli icra hakimiyyəti orqanı tərəfindən verilmiş və özündə yaşayış sahələrinin sökülməsini və sökülmüş yaşayış sahəsinin müqabilində yeni yaşayış sahəsinin verilməsini təsdiq edən arayış əsasında sadələşdirilmiş vergiyə cəlb edilməməsi təklif olunan dəyişikliklər sırasındadır.

Qeyd edək ki, hazırda Vergi Məcəlləsinə edilən dəyişikliklər Milli Məclisdə müzakirələrdədir.

Son xəbərlər

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

55 il öyrətdi, bu dəfə kövrəltdi... - Allahverdi müəllimin son arzusu

Rəşad Məcid – Azərbaycan mətbuatının və ədəbi mühitinin nüfuzlu siması

Tramp: İrana qarşı daha sərt sanksiyalar tətbiq oluna bilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31