Kirayədə qalan deputatların adı məlum oldu

Milli Məclisin ötən gün keçirilən iclasında deputat Razi Nurullayevin evsiz deputatların kirayə haqlarının qaldırılması ilə bağlı təklifi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Vətəndaşların çoxu deputatların şəxsi mənzillərinin olmaması və kirayədə qalması məsələsinə təəccüblənib, hətta buna inanmadığını dilə gətirənlər də var. R. Nurullayev sözügedən çıxışında hazırda evsiz həmkarlarına verilən 220 manat kirayə haqqının artırılmasını təklif edib.

“Qafqazinfo” kirayədə qalan deputatların bir neçəsinin adlarını öyrənə bilib. Söhbət həmin millət vəkillərinin Bakı şəhərində kirayə qalmasından gedir. Hazırda parlamentin tərkibində müxtəlif rayonları təmsil edən 12-yə yaxın deputat Bakıda kirayə mənzillərdə qaldığına görə aylıq 220 manat kirayə pulu alır.

Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.

Bildirək ki, Bakıda mənzili olmayan deputatlara kirayə pulunun verilməsi məsələsinə 2000-ci ilin əvvəllərindən başlanılıb. 2006-cı ildən etibarən bu məbləğ 220 manat həcmində qəbul edilib. Son 15 il ərzində bu rəqəm dəyişməyərək olduğu kimi qalıb.

2015-ci ildən etibarən deputatları evlə təmin etmək üçün bina tikintisi dayandırılıb və o dövrdən etibarən heç kimə ev verilmir. Əvvəlki dövrlərdə isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bəzi deputatlar Bakıda xidməti evlə təmin olunub.

Müzakirələrə səbəb olan çıxışı ilə bağlı saytımıza açıqlama verən Razi Nurullayev bildirib ki, bu məsələ həmişə aktual olsa da, heç kim düzgün qarşılanmayacağını düşünərək onu dilə gətirməyib:
Kirayədə qalan deputatların adı məlum oldu

“Mən məsuliyyəti üzərimə ona görə götürüb dedim ki, cəmiyyətdə deputatlara qarşı oturuşmuş fikir var ki, onların heç nəyə ehtiyacı yoxdur. Deyirlər ki, deputat 6000 manat maaş alır. Əslində isə 1700 manat civarında maaş alırıq. Ezamiyyətlər filan olduqda, maaşda dəyişiklik olur. Həmin mövzu da elə-belə qaldırılmadı. Çünki parlamentin büdcəsi müzakirə olunurdu. Bilirsiniz ki, 220 manatla Bakıda kirayədə qalmaq mümkün deyil. Həmin deputatlara pul verilsin məqsədilə bunu demədim. Cəmiyyət bilsin ki, Bakıda evi olmayan deputat da var. Bu, o demək deyil ki, vəzifəli şəxslərin hamısı yağ-bal içində yaşayır. Bəziləri yazıb özünü vətənpərvər göstərmək istəyir. Ancaq onların özünün bu günə kimi cəmiyyətə bir qəpiklik xeyirləri olmayıb. Ancaq danışmağı və tələb etməyi bilirlər. Qoy tələbi haqqı çatan xalq etsin”.

R. Nurullayev qeyd edib ki, deputatın özünün müəyyən büdcəsi olsa, seçicilərinin məsələlərini daha tez həll edə bilər: "Mən özüm indi İmişliyə gedirəm. Özümlə köməkçimi də aparıram. İki gün orada qalacam. Bilirsiniz ki, insanların deputatdan gözləntisi böyükdür. Bir deputat ayda iki-üç dəfə rayona seçiciləri ilə görüşməyə getsə, onun maaşının yarısı buna gedəcək. Buna görə də çox deputat tez-tez gedib gələ bilmir.

Mən maaş tələb etmirəm. Sadəcə seçicilərə daha yaxşı xidmət göstərməkdən ötrü bu tələbi qaldırıram. Çünki hazırda deputat nə edə bilərsə, onu da edir”.

Son xəbərlər

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31