Dövlət Komitəsi: Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında 116 müasir qəsəbə salınıbAzərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində sistemli dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsinə daim diqqət göstərir. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınıb, onlara mənzillərin verilməsində ədalət və şəffaflıq təmin edilib. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların problemlərinə həssaslıqla yanaşan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən ağır vəziyyətdə və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı tapşırığının icrası davam etdirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif şəhər və rayonlarında 116 müasir qəsəbə salınıb. Qəsəbələr bütün zəruri sosial-texniki infrastrukturla təchiz edilib. 300 mindən çox məcburi köçkünün, yəni 62 mindən çox məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhərində 1242 ailəlik qəsəbə tikilməkdədir. Tikintisi 2021-ci ilin ortalarında başlayan qəsəbənin, 2022-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Dövlət Komitəsi tərəfindən 2019-2020-ci illərdə ağır vəziyyətdə yaşayan məcburi köçkünlər üçün inşa edilmiş yaşayış kompleksləri Prezident İlham Əliyevin tapşırığına əsasən, Vətən müharibəsi iştirakçılarına, Qarabağ əlillərinə, şəhid ailələrinə, əlillərə verildiyi kimi, 1242 ailəlik qəsəbənin də tikintisi başa çatdıqdan sonra, həmin kateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulub.

Azərbaycanın ötən ilin payızında Ermənistanı məğlubiyyətə uğradaraq, öz tarixi ərazilərini işğaldan azad etməsi nəticəsində yaranan yeni reallıqlar, o cümlədən məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışına hazırlıq başlayıb. Təhlükəsizlik şəraiti, kommunikasiya təminatı yaradıldıqdan, yaşayış sahələri bərpa olunduqdan və yenidən tikildikdən sonra məcburi köçkünlərin, beynəlxalq normalar əsasında, həmin ərazilərə köçürülməsinə başlanacaqdır.

Son xəbərlər

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31