Müdafiə Nazirliyi məlumat yaydı

Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalında (BKH) çalışan Əliyeva Hürnisə adlı şəxsin Vətən müharibəsində sağlamlığını itirmiş hərbi qulluqçulardan Forma-11 adlı sənədin təqdim edilməsi müqabilində müxtəlif məbləğdə pul tələb edilməsi barədə məlumat yayılıb.

Məlumata Müdafiə Nazirliyi reaksiya verib. Nazirlikdən bildirilib ki, məlumatda göstərilən ad və soyadda hərbi qulluqçu BKH-da xidmət etmir: "Hesab edirik ki, təsdiqini tapmamış dedi-qodular əsasında belə məlumatların ictimailəşdirilməsi şanlı Zəfəri xalqımıza bəxş etmiş qalib Ordumuzun və Müdafiə Nazirliyinin imicinə xələl gətirən məqsədyönlü qara piardır, ucuz sensasiya məqsədi güdür.

Ordumuzun hər hansı bir qurumu barədə rəsmi təsdiqini tapmamış, Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməmiş, düşmən maraqlarına xidmət edə biləcək məlumatların elektron informasiya resurslarında, həmçinin digər kütləvi informasiya vasitələrində yayılmasını qətiyyətlə pisləyir, vətəndaşlarımızı və mətbuat nümayəndələrini belə addımlardan çəkinməyə çağırırıq.

Digər tərəfdən diqqətə çatdırırıq ki, qeyd olunan sənəd Müdafiə Nazirliyinin tibb müəssisələri tərəfindən deyil, hərbi qulluqçuların xidmət etdikləri müvafiq hərbi hissələr tərəfindən təqdim olunur".

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31