“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti olubSentyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-da keçirilən “Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunub.

Gecədə çıxış edən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın Əməkdar artisti, professor Nərgiz Əliyarova tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, müsabiqə Milli Musiqi və Qlobal Cəmiyyəti ilə Azərbaycan-Amerika Musiqi Fondunun birgə təşkilatçılığı ilə baş tutur. Müsabiqənin məqsədinin dahi bəstəkarın əsərlərini plagiatçılıqdan qorumaq, dünyada Ü.Hacıbəyli musiqisini və Azərbaycan mədəniyyətini təbliğ etmək olduğunu vurğulayan Nərgiz Əliyarova deyib: “Əsas məqsədimiz milli musiqimizi xaricdə təmsil etməkdir. Azərbaycan musiqiləri, dahi bəstəkarlarımızın əsərləri zaman-zaman mənfur qonşularımız ermənilər tərəfindən oğurlanmaqdadır. Lahiyənin ortaya çıxması da, bununla bağlı oldu. Bu işdə bizə köməklik edən Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığımızı bildirirəm”.
Müsabiqənin münsiflər heyətinin sədri, Xalq artisti Firəngiz Əlizadə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının qələbədən sonra bu il fərqli qeyd edilməsindən söz açıb. Qeyd edib ki, müsabiqədəki əsərləri böyük bir sevgi ilə hazırlayıb. O, müsabiqəyə dünyanın müxtəlif ölkəsindən 51 bəstəkarın qatıldığını söyləyib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov komitə adından təşkilatçılara təşəkkürünü bildirib. Vurğulayıb ki, Prezidentin tapşırığı ilə xaricdə yaşayan soydaşlarımıza dəstək göstərilir.
Sonra müsabiqədə qalib gələn bəstəkarlar mükafatlandırılıb.
Tədbir konsert proqramı ilə davam edib. Musiqili gecədə Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu, “cadeNZa” ansamblı, Nərgiz Əliyarova (piano), Gülnaz İsmayılovanın (vokal) ifasında Üzeyir Hacıbəylinin və müsabiqə qaliblərinin əsərləri səslənib.

“Üzeyir Hacıbəyliyə ithaf” beynəlxalq müsabiqəsinin yekun konserti olub

Son xəbərlər

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Həsənxan Əsədov : DOSTUM - FOTO

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31