Pensiya alanların nəzərinə: bu tarixdən...Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığa nail olmaq mümkün olmayıb.

Pravda.az-ın xəbərinə görə, bu, Maliyyə Nazirliyinin 2022-ci il üçün icmal büdcəsinin proqnozunda əksini tapıb.

Qeyd olunub ki, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2020-ci ildə 3564,0 milyon manat təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 21,6 faiz və ya 632,6 milyon manat çox, 2021-ci ilin 6 ayında isə 1839,8 milyon manat olub ki, bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7,7 faiz və ya 131,2 milyon manat çoxdur: “Bununla belə, hələ də Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri arasında tarazlığa nail olmaq mümkün olmayıb və növbəti illərdə də Fondun büdcəsinin dövlət büdcəsi hesabına balanslaşdırılmasının davam etdirilməsi nəzərdə tutulur.

Eyni zamanda, dünya göstəriciləri ilə müqayisədə ölkəmizdə demoqrafik meyllər müsbət olsa da, əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi nəticəsində artan sığorta kapitalına uyğun məcburi sosial sığorta üzrə maliyyə mənbələrinin olmaması, sığortaolunanlar və pensiyaçılar arasındakı say nisbətinin (2020-ci ildə 1,5 nəfər) qənaətbəxş olmaması (pensiya sisteminin dayanıqlılığı baxımından bu nisbətin ən azı 3/1 olması məqbul hesab olunur), uzunmüddətli dövrdə yaşlı əhalinin xüsusi çəkisinin və gözlənilən orta ömür müddətinin artması, həmçinin mövcud pensiya təyinatı şərtlərinin (sosial sığorta normativlərinin və sığorta stajına olan tələbin hazırkı səviyyəsinin) səmərəli əvəzetmə əmsalına və onun əməkhaqqı məbləğinin yüksəlməsinə mütənasib artımına imkan verməməsi pensiya sistemi qarşısında duran əsas çağırışlardandır”.

Son xəbərlər

Məcnun Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

Paşinyanın "Dördüncü Respublika"sı: Ermənistanın gələcəyi Bakı və Ankara ilə bağlıdır - ŞƏRH

İlham Əliyev Azərbaycanla Türkmənistan arasında iqtisadi əməkdaşlıq sazişini təsdiqləyib

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31