FHN-in aviasiya dəstəsinin iştirakı ilə Türkiyənin Köycəğiz rayonunda yanğınların söndürülməsi əməliyyatları davam etdirilirTürkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş ölkəyə yola salınan Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri Köyceğiz rayonunda yanğınların söndürülməsi işlərini böyük əzmkarlıqla davam etdirirlər.

AZƏRTAC-ın yanğın bölgəsinə ezam olunan müxbiri xəbər verir ki, Azərbaycan yanğınsöndürənləri Türkiyədə tüğyan edən meşə yanğınlarının söndürülməsində fədakarlıq göstərirlər. Avqustun 12-də FHN-in aviasiya dəstəsinin helikopteri Köycəğiz rayonu və Kavaklıdərə kəndində 28 uçuş həyata keçirib və əraziyə 70 ton su tökülüb.

Xatırladaq ki, qardaş ölkədə baş verən meşə yanğınlarının söndürülməsi üçün hazırda Türkiyədə FHN-in 743 əməkdaşı fəaliyyət göstərir. Bundan başqa, 97 texnika, o cümlədən 77 yanğınsöndürmə, 6 nasos avtomobili, 1 yanacaqdoldurma çəni, 4 qərargah avtomaşını, 2 avtobus və 1 pikap, eləcə də köməkçi texniki vasitələr, “BE-200ÇS” tipli amfibiya təyyarəsi və 1 helikopter Türkiyədə meşə yanğınlarının söndürülməsinə cəlb olunub. Bu qüvvələr Muğla vilayətinin Köyceğiz rayonunun Pınar və Çayhisar kəndlərində yanğınların yayılmasının qarşısını alıblar. FHN-in əməkdaşları həmin ərazilərdə yanğınların söndürülməsi və alovun evlərə yaxınlaşmasının qarşısını fədakarlıqla alıblar.
FHN-in aviasiya dəstəsinin iştirakı ilə Türkiyənin Köycəğiz rayonunda yanğınların söndürülməsi əməliyyatları davam etdirilir
FHN-in aviasiya dəstəsinin iştirakı ilə Türkiyənin Köycəğiz rayonunda yanğınların söndürülməsi əməliyyatları davam etdirilir
FHN-in aviasiya dəstəsinin iştirakı ilə Türkiyənin Köycəğiz rayonunda yanğınların söndürülməsi əməliyyatları davam etdirilir

Son xəbərlər

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31