Emin Həsənli: “Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti vəzifələrini layiqincə yerinə yetirir”
“Bugünlərdə Azərbaycan-Gürcüstan sərhəddində, “Keşikçidağ”da baş verən hadisə cidi şəkildə diqqət çəkərək, cəmiyyətdə müəyyən narahatlığa səbəb oldu. “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı törədilən insident qısa müddətdə aradan qaldırılsa da, təəssüf ki, bu mövzuda bəzi spekulyasiyalar ortaya atıldı. Halbuki Dövlət Sərhəd Xidməti tərəfindən ərazidə lazımi təhlükəsizlik tədbirləri görülmüş, gələcəkdə də bu kimi hallara yol verilməməsi üçün zəruri addımlar atılmışdı”.
Bu fikirləri məlum insidentlə bağlı açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, hərbi ekspert Emin Həsənli dilə gətirib. E.Həsənli əminliklə vurğulayıb ki, bu gün ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil, yüksək intizama və döyüş hazırlığına malik, ən müasir texniki vasitələrlə təmin olunmuş Dövlət Sərhəd Xidməti və onun müvafiq strukturları mövcuddur: “Sərhədçilərimiz Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin etibarlı mühafizəsi naminə nümunəvi xidmətdədirlər. DSX-nın şəxsi heyəti vəzifələrini uğurla yerinə yetirir, Azərbaycan sərhədçisi adını həmişə uca tutur və daima Azərbaycan sərhədçisinə göstərilən etimadı doğrultmağa can atır”.

E.Həsənli təəssüf hissi ilə qeyd edib ki, bəzi dairələr, eləcə də bədxahlığı həyat və fəaliyyət tərzünə çevirmiş bir neçə şəxs bu insidentdən də Dövlət Sərhəd Xidmətinin nüfuzuna xələl gətirmək, Xidmət Komandanlığının xalqın və dövlət rəhbərliyinin nəzərində etibarını zədələmək kimi çirkin məqsədlər üçün yararlanmağa cəhd göstərdilər: “Təbii ki, Azərbaycanın Gürcüstanla sıx qonşuluq və səmərəli tərəfdaşlıq münasibətləri də bəzi bədxah dairələri və onların əlaltılarını ciddi narahat edir. Bu səbəbdən də onlar Azərbaycan dövlətinin müstəqil siyasət yürüdərək daha da güclənməsini belə çirkin yollarla əngəlləməyə çalışırlar. Odur ki, hamılıqla ayıq-sayıq olmalı, bədxahların uğursuzluğa məhkum cəhdlərinin edilməsi üçün dövlətimizin rəhbərliyinə, güc strukturlarının, o cümlədən, Dövlət Sərhəd Xidmətinin fəaliyyətinə dəstək verməliyik”.

Azərbaycanın sərhəd qoşunlarının, Dövlət Sərhəd Xidmətinin şanlı bir yol keçdiyini diqqətə çatdıran E.Həsənli deyib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyilə bu istiqamətdə də müstəsna uğurlara imza atılıb: “Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra qısa müddətdə Sərhəd Qoşunlarının formalaşdırılması, ölkəmizin sərhədlərinin qorunması işinin təşkili istiqamətində qəti addımlar atdı, milli sərhəd siyasətinin əsasını qoydu, strategiya müəyyənləşdirdi. Dövlət sərhədlərilə bağlı infrastrukturun bərpası, sərhəd məntəqələrinin yaradılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görüldü. 1998-ci ilin dekabrın 1-də Ümummilli liderin yenilməz rəhbər iradəsi sayəsində Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının yaradılması, ardınca Sərhəd Qoşunlarının tərkibində Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kurslarının təşkili son dərəcə önəmli addımlar kimi tarixə düşdü. 2000-ci il avqustun 16-da ulu öndərin son dərəcə vacib, böyük siyasi və mənəvi önəm daşıyan qərarı ilə hər il avqustun 18-i respublikamızda Sərhədçilərin Peşə Bayramı Günü kimi qeyd olunmağa başladı. 2002-ci il iyulun 31-də Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzaladı. Beləliklə, Dövlət Sərhəd Xidmətinin formalaşdırılması, ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi, Azərbaycan sərhədçilərinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması təmin edildi”.

Hərbi ekspert xüsusi qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan Ulu Öndər Heydər Əliyevin milli sərhəd siyasətini də yüksək səviyyədə davam etdirərək, sərhədçilərimizi də özünün daimi rəhbər diqqəti və dövlət qayğısı ilə əhatə edib: “Sərhəd Xidmətindəki davamlı yüksəliş, güclü inkişaf 2005-ci il dekabrın 27-də “Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsilə də öz məntiqi nəticəsini verdi. Prezident İlham Əliyevin 2007-ci il iyunun 12-də Dövlət Sərhəd Xidmətinin Akademiyasının yaradılması barədə imzaladığı sərəncam vətənimizin sərhədlərinin qorunması, sərhəd mühafizəsi sisteminin təkmilləşdirilməsi baxımından olduqca mühüm rol oynadı.

Fəaliyyəti dönəmində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi xeyli təkmilləşdiriliməsi, müasir radiorabitə və telekommunikasiya sistemlərinin tətbiq edilməsi, Xidmətin Aparatı ilə sərhəd dəstələri arasında peyk rabitəsi sistemi yaradılması müasir standartlara uyğunlaşdırılma yönündəki misilsiz nailiyyətlərdir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan, İran və başqa dövlətlərin sərhəd xidmətləri ilə vaxtaşırı məsləhətləşmələr aparılır, davamlı məlumat mübadiləsi həyata keçirilir.

E.Həsənli bunu da bildirib ki, ardıcıl şəkildə güclənən Dövlət Sərhəd Xidmətinin inkişafı davamlı prosesdir: “Bu baxımdan, DSX-nin dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulan yeni və mühüm vəzifələri yüksək səviyyədə yerinə yetirmək üçün davamlı qaydada çalışaraq, daha ciddi səylər göstərəcəyinə inanırıq”.

Son xəbərlər

Azərbaycan qeyri-neft-qaz sektorunda iqtisadi artımla bağlı proqnozunu yeniləyib

Mətbuat Şurası: Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edəcək

Dövlət Sərhəd Xidmətinin yaradılmasının 107-ci ildönümüdür

Azərbaycan nefti ucuzlaşmaqda davam edir

Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB

Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31