Şəkini gəzib-görmək imkanı olmayanlar: Bu muzey sizin üçündür - FOTO/VİDEO
Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına salınmasından sonra şəhərə tursit axınının olacağı proqnozlaşdırılır.

Hər daşı tarix olan Şəki kifayət qədər böyük əraziyə malik, tarixi abidələrlə zəngin olduğundan bura qısa müddətlik səfər edənlərin hər yeri gəzib-görməsi isə mümkünsüzdür.

Lakin “Yurd Yaddaşı” ekspozisiya muzeyi bunun üçün şərait yaradır.

Oxu.Az-ın bölgə müxbiri “Yurd Yaddaşı”nda olub və muzeydən reportaj hazırlayıb.

Burada Şəki şəhərinin tarixi abidələri maket formasında nümayiş olunur.

Şəkiyə gələn və hər yerini gəzmək imkanı olmayan qonaqlar qədim tarixi abidələrlə zəngin olan şəhəri bu formada görə, balaca modeli ilə bu muzeydə tanış ola bilərlər.

Qonaqlar burada bələdçilər tərəfindən ətraflı məlumatlandırılır. İki mərtəbədən ibarət olan ekspozisiya zalının birinci mərtəbəsində Şəkinin qədim hissəsi, tarix-memarlıq qoruğunun yerləşdiyi ərazinin maketi və tarixi şəxsiyyətlər nümayiş olunur.

İkinci mərtəbədə isə Şəki sənətkarları ilə bu bölgədə inkişaf etmiş sənət nümunələri yer alır.

Muzeyin bələdçisi Rəvanə Vəlibəyovanın sözlərinə görə, burada 40-dan artıq tarixi abidənin maketləri mövcuddur. Bununla yanaşı, Şəkinin tarixi şəxsiyyətlərinin fotoları və onlar haqqında məlumatlar da muzeydə nümayiş olunur.

Ekspozisiya zalında nümayiş etdirilən eksponatlara xarici turistlərin də marağı artıb.

Son xəbərlər

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Yeni filmə görə 100 milyon qazanacaq

Britaniyaya qayıdırlar

Rusiyanın Kiyevə hücumu zamanı ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB

DTX-dən xüsusi əməliyyat: 17 il beynəlxalq axtarışda olan şəxs Azərbaycana gətirilib

UEFA Konfrans Liqası: "Qarabağ" bu gün Niderlandda "Tvente" ilə qarşılaşacaq

Bu gün Yevlax, Tərtər, Ağdaş, Göyçay, habelə Yasamalın bir sıra ərazilərində işıq olmayacaq

Anar Nəcəfli vəzifəsindən azad olundu

İtkin düşən tiktokerin üzümlükdə meyiti tapıldı

Helikopter qəzasından sağ çıxan olmadı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31