Tamam Cəfərova: Mina xəritələrinin verilməsi infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcəkİyulun 3-də Ermənistan işğal zamanı Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min minanın xəritələrini Azərbaycana verdi. Ağdam rayonundan sonra Füzuli və Zəngilanda minalanmış ərazilərin xəritələrinin alınması Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın növbəti uğuru kimi dəyərləndirilməlidir.

Bunu AZƏRTAC-açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.


Mina xəritələrinin təqdim olunmasının məskunlaşma prosesinin proqnozlaşdırıldığından daha qısa müddətə rellaşacağına imkan verəcəyini söyləyən deputat bildirib: “Hazırda bərpa və yenidənqurma işləri üçün ən ciddi əngəllərdən biri məhz işğal dövründə həmin ərazilərdə ermənilər tərəfindən kifayət qədər çox sayda minaların basdırılmasıdır. Xəritələrin təqdim edilməsi ərazilərin minalardan təmizlənməsini sürətləndirməklə yanaşı, infrastruktur işlərinin gedişinə də müsbət təsir göstərəcək. Bu, məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı prosesinə və infrastruktur layihələrinin reallaşmasına təkan verəcək.

Eyni zamanda, minaların xəritəsinin Azərbaycana verilməsi onların aşkarlanması üçün sərf olunan xərclərin azalmasına gətirib çıxaracaq. Ermənistan bir müddət bundan əvvəl 15 əsir qarşılığında Ağdamın minalanmış ərazilərinin xəritələrini Azərbaycana vermişdi. Füzuli və Zəngilanda 92 min mina ilə bağlı xəritələrinin əldə olunması həmin uğurun davamıdır”.

Füzulidə beynəlxalq hava limanının, Şuşaya gedən Zəfər yolunun inşasından və “ağıllı kənd”lərin salınmasından söz açan T.Cəfərova kənd təsərrüfatı layihələrinin həyata keçiriləcəyi Füzuli və Zəngilanın strateji əhəmiyyətini xüsusi vurğulayıb. O deyib: “Hazırda Ağdamdan sonra ən böyük infrastruktur layihələri Füzuli rayonunda həyata keçirilir. Burada yeni hava limanı, dəmir yolu xətləri və avtomobil yolları inşa olunur. Bu baxımdan Füzuli xüsusi strateji əhəmiyyət kəsb edir. Xəritələrin əldə olunması bu layihələrin daha tez zamanda icra olunmasına böyük töhfə verəcək".

Deputat, həmçinin vurğulayıb ki, ən vacib məsələlərdən biri xəritələrin əldə edilməsi ilə insan itkisinin qarşısının alınmasıdır. Çünki son bir neçə ayda 100-dən çox azərbaycanlı bu minaların qurbanına çevrilərək həyatını itirib və ya yaralanıb.

“Xatırlatmaq istərdik ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistan tərəfindən minalanmış ərazilərin xəritələrinin verilməməsi ilə bağlı yeni bir təhlükə yaranmışdı. Əvvəlcə ermənilər belə xəritələrin olmadığını bildirdilər, sonra isə onları verməkdən tamamilə imtina etdilər. Lakin sonradan ölkəmiz Ağdam rayonunda basdırılmış 97 min minanın xəritəsini əldə edə bildi”, - deyə deputat qeyd edib.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31