Ölkədə toylara dərhal icazə verilməlidir, yoxsa... - Həkim inanılmaz DETALLARI AÇDIÖlkədə toyların keçirilməsinə tez bir zamanda icazə verilməlidir. Karantin davranış qaydaları gözlənilməklə toyların keçirilməsinin virusa yoluxma sayına heç bir təsiri olmayacaq.

Turaztv.az Azerforum.com-a istinadən xəbər verir ki, bunu Axar.az-a açıqlamasında həkim Qalib Əsədov deyib.

O bildirib ki, ölkədə toy və el şənliklərinin qadağan edilməsi insanların psixoloji travma almasına səbəb ola bilər:

“Toy etmək bütün gənclərin və valideynlərin arzusudur. Bu, həm də xalqımızın mental dəyərlərindəndir. Karantin tədbirlərinin yumşaldılması çərçivəsində kafe-restoranların fəaliyyətinə icazə veriləndə toy keçirilməsinə də icazə vermədilər. Kafe-restoranlara 50 nəfərdən çox insan öz ailə və yaxın dostları ilə gedirdi. Bu səbəbdən mən toyların qadağan edilməsini düzgün qərar kimi qəbul etmirəm.

Hesab edirəm ki, toyların keçirilməsinə 50-100 nəfər olmaq şərtilə, böyük restoranlarda, sosial məsafə saxlamaqla icazə verilməlidir. Bunun virusun yayılmasına heç bir təsiri olmayacaq. Onsuz da toylarda insanların gündəlik ünsiyyətdə olduğu qohum-qardaşlar olacaq”.

Həkim qeyd edib ki, pozitiv emosiya olmayanda insanların beynində neqativ hisslər artır:

“Bu isə aqressiyaya, cinayətkarlığın artmasına və insanlar arasında münasibətin korlanmasına gətirib çıxarır. Hətta sosial şəbəkələrdə də insanların necə aqressiyalı olduğunu görürük. Bunların hamısının səbəbi 1 ilə yaxındır ki, ölkədə toyların, ad günlərinin, milli bayramların təntənə ilə keçirilməsinin qadağan edilməsidir. Bunu qadağan etmək insanlara psixoloji travma verir. Eyni zamanda, genefonda da ciddi ziyan vurur”.

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31