İyirmiyə yaxın şəxs Almaniyadan Azərbaycana deportasiya ediləcək

May ayının sonunda Almaniyadan Azərbaycana növbəti kütləvi deportasiya gözlənilir.

“Report”un Almaniya hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, bu dəfə 20-yə yaxın Azərbaycan vətəndaşı çarter reysi ilə deportasiya ediləcək

Artıq onlardan bir qismi Düsseldorf hava limanı yaxınlığında Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) tabeliyində olan yataqxanaya yerləşdirilib.

İki nəfərin koronavirus test nəticəsi pozitiv çıxdığı üçün onlar yaşadıqları yataqxanda 14 günlük karantin altına alınıblar.

Məlumatda bildirilir ki, deportasiya ediləcək şəxslər 2015-2019-cu illərdə Almaniyaya gələrək, bu ölkədən sığınacaq istəyən və müraciətləri rədd edilən şəxslərdir. Onların arasında 2019-cu ildə Deggendorf şəhərində Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi davada iştirak edənlər də var. Həmin şəxslərdən biri 2020-ci ildə məhkəmə tərəfindən bəraət alsa da, onun sığınacaq istəyi rədd edilib və məhkəmə tərəfindən barəsindən deportasiya qərarı çıxarılıb. Könüllü Azərbaycana qayıtmayan şəxs bu dəfə məcburi deportasiya ediləcək.

Xatırladaq ki, keçən il Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava olub. Əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Düşərgə binasına ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla 10 nəfər yaralanıb. Prokurorluğun məlumatına görə, səkkiz şübhəli şəxs həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər beş sığınacaq axtaran şəxs sonradan sərbəst buraxılıb.

Cinayət Polisi ictimai asayişin pozulmasına, vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlamaqla araşdırma aparıb.

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31