“Qulaq as, sən onlara çatdır ki, Ermənistanı da dirçəltməyə hazıram” – Lukaşenko Əliyevin təklifini açıqladı

Belarus prezidenti Aleksandr Lukaşenko ötən gün Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar zamanı maraqlı epizod danışıb. Bildirib ki, vaxtilə İlham Əliyev Qarabağ məsələsinin dinc yolla həll edilməsi üçün onun vasitəsilə Ermənistana pul təklif etmişdi.

"Mən əlbətdə, prezident olmayanda İlham Heydər oğlunun erməni xalqına və Ermənistan rəhbərliyinə bu münaqişəni nizamlamaq üçün nə təklif etdiyi haqda bir çox yaxşı şeylər danışacam. Onun mənə dediyi təkliflərdən biri belə idi: "Qulaq as, sən ermənilərə çatdır, sənin onlarla yaxşı münasibətlərin var, mən təkcə Qarabağın bərpasına hazır deyiləm, Ermənistanı da dirçəltməyə hazıram (o vaxt neft yüz dollara olanda sən mənə bunu dedin)...Mən hətta bax indi ödəməyə hazır olduğum məbləği demirəm. Onlara çatdır ki, bu məsələni dinc yolla nizamlamaq lazımdır”,-Lukaşenko deyib.

Əlavə edib ki, ilk dəfə bu məsələni açıqlayır. "Lakin mən bunu indi ilk dəfə açıqlayıram. Fikrimcə sən mənim bu cür danışmağıma qarşı deyilsən?”,-Lukaşenko onunla yanaşı oturan Azərbaycan prezidentinə müraciət edib.

"Aleksandr Qriqoryeviç, nə istəyirsən danış...(gülür). Artıq sən hər şeyi dedin”,-Azərbaycan prezidenti cavab verib.

Lukaşenko əlavə edib ki, erməni tərəfi Azərbaycanın təklifindən imtina edib. "Bax belə oldu...Erməni rəhbərliyi bundan imtina etdi. Paşinyana qədər olanlar. Bax belə təkliflər də olmuşdu”,-Belarus prezidenti sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, ötən il Ermənistanda Lukaşenko ilə keçmiş prezident Serj Sərkisyan arasında 2016-cı ilin oktyabrında KTMT sammiti zamanı baş tutmuş söhbətin səs yazısı yayılmışdı. Həmin söhbətdə Lukaşenko bildirdi ki, Əliyev ətraf rayonların azad edilməsinə görə Ermənistana 5 milyard dollar investisiya təklif edir.(virtualaz.org)

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31