Paşinyandan Azərbaycanla bağlı ŞOK ÇAĞIRIŞ: "Anlamalıyıq ki, o ərazidən keçə bilmərik..."Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə regional kommunikasiyaların blokdan çıxarılmasının vacibliyini vurğulayıb.

Turaztv.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə o, Armavir vilayətinin Araqas kəndinin sakinləri ilə görüşdə bildirib.

Paşinyanın sözlərinə görə, yolların açılması Ermənistan iqtisadiyyatı və sənayesinin inkişafında vacib rol oynayacaq. Nümunə olaraq mis-filiz mədənçiliyinə işarə edib.


Paşinyana görə, orta müddətdə Ermənistandan misin ixracını qadağan etmək və əvəzinə misəritmə zavodları tikmək lazımdır. Filiz Ermənistanda emal olunmalı, əlavə dəyər qazanmalı və iş yerləri yaradılmalıdır.

O, Ermənistanın mislə zəngin olduğunu, lakin sənayesinin modernləşdirilməsi və misəritmə üçün potensialın yaradılmasının kommunikasiyasız mümkün olmadığını xatırladıb.

Bu kontekstdə Paşinyan regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılmasının vacibliyini qeyd edib: "Bəzi qərarlar verməliyik. Anlamalıyıq ki, Azərbaycan ərazisindən keçə bilmərik, eyni zamanda onlara da bizim ərazimizdən yol vermirik. Biz mövcud marşrutlardan qarşılıqlı istifadə etməyi bacarmalıyıq. Ümumiyyətlə, Ermənistan bölgəyə başqa bir bucaqdan baxmağa başlamalıdır. Ermənistan ətrafında əlverişli bir mühit yaratmalıyıq. Ancaq qonşular da Ermənistanla münasibətdə mövqelərini dəyişdirməlidirlər". / "VirtualAz"

Son xəbərlər

BİR İNSAN PORTRETİNƏ DOĞRU - FOTOLAR

MƏNƏVİYYATININ ƏSAS ROLU

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Həsənxan Əsədov : DOSTUM - FOTO

Sevinc Yunuslu : Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Yazılarla təsəlli tapırıq

Kuryerə 200 azn bəxşiş verdi - Gündəm oldu

Tamamilə süni intellektdən istifadə edilən ilk serial yayımlandı

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Təzyiqi ölçmək üçün hansı qol daha yaxşıdır?

Yaylaqlar daralır, sürülər azalır - Ət kəskin bahalaşacaq

Selena Qomez məhkəməyə verildi - 1,2 milyon tələb edirlər

Cəbinə XASİYEVA : 29 yaşın şeiri... - FOTO

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31