Teymur Əhmədov elmdə və mətbuatda silinməz iz, ölməz söz qoyub getdi ALLAH RƏHMƏT ELƏSİN!Teymur Əhmədov elmdə və mətbuatda silinməz iz, ölməz söz qoyub getdi


"Respublika” qəzetinin baş redaktoru, filologiya elmləri doktoru, professor Teymur Əhmədovun vəfatı onu tanıyanları dərindən kədərləndirdi. Görkəmli ədəbiyyatşünas, cəsarətli redaktor və jurnalist, vətənpərvər ziyalı, xeyirxah, sadə, gülərüz, nikbin, səmimi və nurlu insan... Biz Teymur müəllimi belə tanıyırdıq və o, yaddaşımızda belə də qalacaq.

İyirmi beş ildən çox baş redaktoru olduğu "Respublika” qəzetinin Azərbaycan mətbuat məkanında sayılıb-seçilməsi məhz Teymur Əhmədovun xidmətidir. O, həmçinin jurnalist olaraq aktual və cəsarətli yazıları ilə müasir mətbuatımızda silinməz iz qoyub.

AZƏRTAC görkəmli alim və redaktor, 90 illik ömrünün 75 ili elm və mətbuatla sıx bağlı olmuş Teymur Əhmədovun zəngin və mənalı ömrünün bəzi məqamlarına nəzər salır.


Teymur Əkbər oğlu Əhmədov 1930-cu il dekabrın 25-də Şəmkir şəhərində anadan olub. Onun altı yaşı olanda valideynləri vaxtilə deportasiya olunduqları İrəvana qayıdıblar. Ədəbiyyata böyük maraq göstərən Teymur Əhmədov Bakı Dövlət Universitetinin filologiya fakültəsində, Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb. Sovet dövründə "millətçi” kimi qələmə verilən, çoxlarının adını belə çəkməyə cəsarət etmədiyi ictimai-siyasi xadim Nəriman Nərimanovun həyat və yaradıcılığını tədqiq obyekti seçib. Uzun illərin gərgin və inadlı axtarışları sanballı elmi əsərlərin - "Nəriman Nərimanovun dramaturgiyası”, "Nəriman Nərimanov”, "Nəriman Nərimanovun yaradıcılıq yolu” monoqrafiyalarının meydana gəlməsi ilə nəticələnib. Nəriman Nərimanovu professor Teymur Əhmədov kimi obyektiv dəyərləndirən, onun həyat və fəaliyyətinin araşdırılmasına az qala bütün ömrünü sərf edən ikinci tədqiqatçı-alim yoxdur.

Teymur müəllimin elmi, publisistik və ədəbi-bədii yaradıcılığı çoxşaxəlidir. O, həmçinin Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Ələkbər Sabir, Qılman İlkin və daha neçə-neçə görkəmli şair və yazıçıların yaradıcılığı haqqında öz sözünü deyib. AMEA-nın Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə rəhbərlik etdiyi illərdə İranda yaşayan azərbaycanlı ədiblərin bir çoxunu ictimaiyyətə tanıdıb.

Fədakar alim və publisist Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi köklərini açıb göstərən, ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı, işğalçılıq və terrorçuluq siyasətini ifşa edən çoxsaylı əsərlərin də müəllifidir. Onların arasında "Vedibasarın qanlı-qadalı günləri”, "Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)” kitablarını qeyd etmək kifayətdir.

Nə yaxşı ki Teymur müəllimə Vətən müharibəsinin Qələbə sevincini yaşamaq, düşməndən qisas alındığı günü görmək nəsib oldu.

Teymur Əhmədov 1990-cı illərdə redaktoru olduğu "Vətən səsi” qəzetini həqiqətən Azərbaycan xalqının haqq səsinə çevirə bilmişdi. Mətbuatımızda dərin iz qoymuş "Füyuzat” jurnalının 100 il sonra - 2007-ci ildən başlayaraq yenidən nəşr olunması onun daha bir əvəzsiz xidmətidir.

Onun elmi-ədəbi fəaliyyətində "Mirzə İbrahimov” monoqrafiyası, "Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)”, "Azərbaycan yazıçıları (ensiklopedik məlumat kitabı)”, habelə Nəriman Nərimanov, Süleyman Rüstəm, Səməd Vurğun, Abdulla Şaiq, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, Mirzə İbrahimov və Mir Cəlal Paşayev haqqında kitab-albomlar da xüsusi yer tutur.

Professor Teymur Əhmədovun milli mətbuatımızın inkişafındakı xidmətləri "Tərəqqi” medalı, "Şöhrət” ordeni ilə qiymətləndirilib. O, Həsən bəy Zərdabi mükafatına, Beynəlxalq Atatürk Mükafatına layiq görülüb... və bir də əhatəsində olduğu insanların, dostların sevgisini qazanıb.

Biz belə bir insanı, alimi, jurnalisti itirdik. Teymur müəllim elmdə də, mətbuatda da, ürəklərdə də iz qoyub, ölməz söz qoyub, xoş xatirələr qoyub getdi...

Allah rəhmət eləsin.

AZƏRTAC

Son xəbərlər

Mikayıl Cabbarov: "SOCAR Özbəkistanın pərakəndə ticarət bazarına daxil olur"

Türkiyədə helikopter qəzaya uğrayıb

Rusiya ordusu Borispol bölgəsinə raket zərbələri endirib

Новрузали Асланов: отношения между Баку и Ташкентом имеют более широкое значение, чем двустороннее сотрудничество

YARADICILIĞI İLƏ AZƏRBAYCANA YEDDİ BEYNƏLXALQ SERTİFİKAT QAZANDIRMIŞ NİCAT ƏRTÜRK

Azərbaycan nefti cüzi bahalaşıb

Yay geri qayıdır: Qəfil istilənmə kimləri və nələri “vuracaq”? – TƏHLÜKƏ

Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir

Əməkdar artist Aygün Bəylərin doğum günüdür

Bazar günü 40 dərəcə isti olacaq

Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı

Ağ Şəhərdə zəncirvari qəza - Bahalı maşınlar əzildi

Kəmalə Xudaverdiyevaya ağır itki - FOTO

Rusiyadan Ermənistana buğda və propan daşıyan yük qatarı Biləcəridən yola düşüb

Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib

Fidan Hacıyevanın 50 illik yubileyinə həsr olunan üç aylıq Opera Festivalına start verilir

Xəzər dənizində zəlzələ olub

Əməkdar jurnalist vəfat etdi

Tarkanı dinləmək üçün yarım milyon ödəyəcəklər

Rəsmən Ronaldonun uşaqlarının anası oldu - FOTOLAR

Azərbaycan Premyer Liqası: II tura bu gün start verilir

Vahid Çəmənli : Əkbər müəllimin tək bir dərdi olub, o da Vətən dərdi... - FOTO

Elgiz yenidən efirə qayıdır

Ölkədən çıxışına qadağa qoyuldu

Bir yaşlı qızı ilə dünya rekordu qırdı

Şah Abbasa tab gətirdik, Putinə dözmək olmur" - Saakaşvili

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

Nəriman Axundzadə “Qalatasaray”a qarşı oynayıb, sarı vərəqə ilə cəzalandırılıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31