Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Nəzərli kənd sakini 33 yaşlı Samirə Yusubova bətnindəki 8 aylıq körpəsi ilə birlikdə dünyasını dəyişib.

Turaztv.az məlumat verir ki, hadisəyə həkimlərin ehtiyatsızlığının səbəb olduğu iddia edilir. Belə ki, S.Yusubovanın səhhətində yaranan problemlərdən dolayı yaxınları onu günorta saatlarında xəstəxanaya aparsalar da, həkimlər ona bir neçə dərman yazaraq evə buraxıblar. Evə çatdıqdan bir neçə saat sonra halı yenə pisləşib və yenidən xəstəxanaya gətirilib. Gecə saatlarında isə xəstəxanadan S.Yusubovanın öldüyü bildirilib.

Həkimlərin verdiyi məlumata görə, S.Yusubova axşam saatlarında xəstəxanaya gəldikdə təzyiqi yüksək olub. Yaxınları həkimlərin ehtiyatsızlığından və verdikləri dərmanlardan onun bu vəziyyətə düşdüyünü iddia edirlər. Soydaşımızın meyiti Rustavi şəhər ekspertiza mərkəzində yoxlanıldıqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, artıq Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə cinayət işi açıb. Faktla bağlı araşdırma aparılır.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, məsələ araşdırılaraq müvafiq prosedurlara başlanılacaq. Həmin klinikada həkimlərin pasiyentin ölümündə günahları sübuta yetirilərsə, onlara qarşı qanun çərçivəsində müvafiq addımlar atılacaq.oxu.az

Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü
Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü
Gürcüstanda həkim səhlənkarlığı: Soydaşımız bətnindəki körpə ilə birlikdə öldü

Son xəbərlər

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31