Yanvar ayı ərzində vətəndaşlar nə qədər dollar alıb?


Yanvar ayı ərzində xarici valyutada aparılan mübadilə əməliyyatlarının həcmi açıqlanıb.

Bu barədə Mərkəzi Bank hesabat yayıb.

Belə ki, hesabatda ABŞ dolları, ingilis funt sterlinqi, avro və rus rublu üzrə aparılan mübadilə əməliyyatlarının həcmi təqdim edilib.

Ötən ay banklar tərəfindən 67 milyon 729 min ABŞ dollarının alışı həyata keçirilib. Eləcə də, banklar tərəfindən vətəndaşlara 325 milyon 402,1 min ABŞ dollarının satışı təmin edilib. 2020-ci ilin yanvar ayının göstəricilərinə nisbətən banklar tərəfindən dolların alışı 1,9 dəfə azalıb, satışı isə 47,8 faiz çox olub.

Bu dövr ərzində 302,3 min dəyərdə ingilis funt sterlinqinin alışı həyata keçirilib. Eləcə də banklar tərəfindən 669 min funt sterlinq həcmində satış baş tutub. Cari valyuta vahidi üzrə alış həcmi ötən ilə nisbətən 8,5 dəfə, satış həcmi isə 5,4 dəfə azalıb.

Yanvar ayında banklar tərəfindən 3 milyon 962,5 min avro həcmində alış baş tutub. Həmçinin 10 milyon 554,1 min dəyərdə avro satışı təmin edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avronun alışı və satışı 2,9 dəfə az olub.

Ötən ay ərzində banklar tərəfindən 1 milyard 8,9 milyon Rusiya rublunun alışı həyata keçirilib. Cari dövrdə vətəndaşlara 139 milyon 390,3 min rus rublu satılıb. Cari valyuta alışı ötən ilin eyni dövrünə nisbətən 24,4 faiz, satışı isə 2,3 dəfə azalıb.

Son xəbərlər

SEVGİ DÜNYANI GÖRÜNMƏDƏN İDARƏ EDƏN QÜVVƏDİR

BAŞKƏND YOLUNDA: MUTUDƏRƏNİN SƏNGƏRLƏRİNDƏ

İSGƏNDƏR QALASI: MUTUDƏRƏNİN ZİRVƏSİNDƏ YAZILAN QƏHRƏMANLIQ

İran ABŞ ilə danışıqlar aparır?

Leysan, şimşək, dolu... - Sabahın havası

CƏMIL DADAŞOV – 65

Messidən unikal "rekord": Adı ABŞ polisinin hesabatında birincidir

Xorxe Messi vəfat etdi

İçində yüzlərlə amfora olan qədim gəmi tapıldı

Bu il nələr olacaq? - Vanqa daha nə görmüşdü?

Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu

Avropada miqrasiya böhranı yenidən kəskinləşib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

Cansevər dünyasını dəyişdi

Türkiyədə zəlzələ oldu

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31