“Sülhməramlılar bunu etsə, ordumuz hərəkətə keçib...”"Ermənistan rəhbərliyi Qarabağın Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasına silahlı qüvvələrini tədricən çıxararaq, bura yeni nizamı silahlı qüvvələr göndərmir. İlk növbədə Azərbaycan prosesə nəzarət edir. Əgər, Ermənistan yeni silahlı qüvvələr göndərəcəksə, bu yeni toqquşmalara gətirib çıxara bilər. Həmçinin, belə fakt qeydə alınacaqsa, burada əsas məsuliyyət Rusiya sülhməramlı qüvvələrinin üzərinə düşür".



Turaztv.az Pravda.az-a istinadən xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə qeyd edib.



Politoloq qeyd edib ki, əgər Ermənistanın Qarabağa hərbi qüvvə göndərmək kimi bir niyyəti olsa, ordumuz hərəkətə keçib Laçın dəhlizini bağlamalıdır: "Əgər, Rusiya sülhmərmlı qüvvələri buna şərait yaradacaqsa, Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətindən imtina etməlidir. Azərbaycan öz ərazisinə digər ölkənin silahlı qüvvələrinin buraxılmasına şərait yaradan sülhməramlı missiya əlbəttə öhdəlikləri kobudcasın pozur. Rusiya sülhməarmlı qüvvələri buna gedərsə, ordumuz hərkətə keçib Laçın dəhlizini bağlamalıdır. Hazırda belə faktlar qeydə alınmır. Amma, bunun baş verməsi mümkün ola bilər. Əgər, baş verərsə, hərəkət etmək mütləqdir. Rusiya Ermənistandan yeni hərbi qüvvələrin Qarabağa göndərilməsini istəyir".

M.Ədədullazadə qeyd edib ki, Paşinyan Qarabağ məsələsinin Ermənistan üçün bitdiyini yaxşı bilir:

"Ermənistan Azərbaycan və Rusiya hökumət üzvlərindən ibarət yeni komissiya yaradılır. Bu komissiya çərçivəsində Azərbaycan Ermənistandan öhdəliklərə əməl edilməsi tələb edəcək. Bundan əlavə, Baş nazir Nikol Paşinyanda yaxşı bilir ki, Ermənistan üçün Qarabağ məsələsi bitib və bura silahlı qüvvələrini göndərməklə, nəyəsə nail olunacağı mümkün deyil. Hazırda Ermənistan rəhbərliyinin əsas strateji planı Türkiyə və Azərbaycanla normalllaşma prosesinə nail olmaqdır.
Dağlıq Qarabağda silahlı erməni birləşmələri, əsasən, Ermənistan silhalı qüvvələrinə tabe deyil. 10 Noyabr üç tərəfli Bəyannəməyə uyğun olaraq silahlı erməni birləşmələri çıxarılmalıdır. Amma, Rusiya bu öhdəliyə əməl etməyərək, siılahlı erməni birləşmələrinin sayını artırır. Qeyd edim ki, burada silahlı ermənilər qaldıqca, azərbaycanlıların bu əraziyə köçməsi mümkün olamayacaq".
Politoloq Türkiyə-Rusiya Monitorinq Mərkəzinin əhəmiyyəti haqda bunları deyib: "Türkiyə və Rusiya Monitorinq Mərkəzinə gəldikdə isə, bu sadəcə Türkiyənin Qarabağda rəsmi təmsil olunması üçün bir fəaliyyətdir. Atəşkəsə nəzarət edəcək bir Monitorinq Mərkəzinin fəaliyyəti qanunsuzdur və buna ehtiyac yoxdur. Çünki, Bəyannamənin 4-cü bəndinə uyğun olaraq silahlı erməni birləşmələri çəxarılmaldır. Əgər, silahlı erməni birləşmələri çıxarılacaqsa, belə bir mərkəzin fəaliyyətinə ehtiyac yoxdur. Bu, 10 noyabr Bəyannaməsində göstərilənlərə uyğun deyil. Əgər, silahlı erməni birləşmələri qalırsa, atəşkəs qorunursa, istənilən vaxt ermənilər atəşkəsi poza biləcək.
Ümumiyyətlə, Rusiyadan konkret tələb edilməlidirki, 10 noyabr Bəyannaməsinin şərtlərinə əməl etsin və silahlı erməni birləşmələri çıxarılsın. Azərbaycanla Rusiya arasında Laçın Dəhlizi ilə bağlı ciddi fikir ayrılıqları qalır. Hökumət Rusiya ilə danışıqlarda Laçın Dəhlizi üzərində dronlarla müşahidə aparılmasının təşkil edilməsini tələb etməlidir".

Son xəbərlər

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31