Əhaliyə MÜJDƏ: Bu gözlənilən fərman bu işsizləri sevindirəcək -RƏSMI"Turaztv.az" Azerforum.com-a istinadən xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.



Sənəddə deyilir:



1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat müəyyən olunsun.



2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:




2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir;



2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.



3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.



4. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər

İRADƏNİN "OBYEKTİV"İ VƏ DÜNYANIN SUBYEKTİV DƏRDİ

İlham Əliyev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı əməkdaşlıq strateji tərəfdaşlığın nümunəsidir

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Avqust ayının pensiya ödənişləri yekunlaşıb

Rusiya Ukraynanın üç vilayətinə hücum edib: 3 nəfər ölüb, 29 nəfər yaralanıb

Məzahir Pənahov Qazaxıstanda parlament seçkilərini izləyəcək

Azərbaycan neftinin qiyməti 97 dollara yaxınlaşır

Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq

KL: Pley-off mərhələsinə start verilib

ABŞ maliyyə naziri İranla əlaqələri davam etdirən ölkələri iqtisadi çöküşlə hədələyib

Sözə sədaqətin, mətbuata xidmətin ünvanı – Rəşad Məcid

Ağır yükləri dron və robotlar daşıyacaq

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31