Belarusdakı səfirliyimizdə Respublika Günü qeyd edildi Cari ilin 28 may tarixində Azərbaycan Respublikasının Belarusdakı səfirliyi tərəfindən 28 may - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə Belarus Dövlət Filarmoniyasında konsert təşkil edilib.

Turaztv.az Oxu.az-a istinadən xəbər verir ki, Xalq artisti, professor Yalçın Adıgözəlovun dirijorluğu altında keçirilən konsertdə Belarus Dövlət Simfonik Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəyovun Qara Qarayevin, Asəf Zeynallının, Niyazinin, Fikrət Əmirovun, Rauf Hacıyevin, Belarus bəstəkarı Yevgeni Qlebovun və bəstəkar Aleksandra Paxmutovanın əsərləri səsləndirilib. Azərbaycan Respublikasının əməkdar artisti Nərgiz Kərimovanın ifası tamaşaçılarda xoş əhval yaradıb.

Tədbirin aparıcısı Azərbaycan haqqında xoş sözlər söyləyib.

Konsertin açılışında çıxış edən səfir Lətif Qəndilov 28 may 1918-ci il tarixində yaranmış Azərbaycan Demokratik Respublikası ilə bağlı məlumat verib və bildirib ki, ADR cəmi 23 ay mövcud olub, lakin Azərbaycan xalqının azadlıq və müstəqillik arzularını həyata keçirə bilib.

Gənc Azərbaycan Diplomatiyasının səyi nəticəsində 1919-cu ildə Millətlər Liqası tərəfindən ADR-in Paris Sülh Konfransında de-fakto tanınmasına nail olunub. Səfir qeyd edib ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa etdikdən bu günədək Azərbaycan diplomatiyası çətin və şərəfli bir yol keçib.

Keçən müddət ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan diplomatiyası bütün dünyaya ölkəmizin işğala məruz qaldığını və Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olduğunu anlada bilib və erməni yalanlarını alt-üst edib.

L.Qəndilov Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin xüsusən Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və musiqisinin beşiyi olduğunu bildirərək, tədbirdə əsərləri səsləndiriləcək bəstəkarlardan Ü.Hacıbəyovun, F.Əmirovun və Niyazinin əslən Şuşa şəhərindən olduğunu deyib.

Səfir Azərbaycanın musiqi tarixi barədə tamaşaçılara geniş məlumat verib.

Səfir bildirib ki, heç bir xalq, o cümlədən, Azərbaycan Xalqı da özünün mədəniyyət və incəsənət beşiyi olan torpaqlarının başqa dövlət tərəfindən işğal olunması ilə razılaşmayacaq və ən yaxın zamanda Dağlıq Qarabağı işğaldan azad edəcək.

Belarus Respublikasının Xarici işlər nazirinin birinci müavini A.Yevdaçenko çıxış edərək 28 May - Respublika Günü və Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb.

Konsertdə Belarusun dövlət, hökumət orqanlarının və ictimaiyyət nümayəndələri, Belarusda səfərdə olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və onun Belaruslu həmkarı Pyotr Mikloşeviç, ölkədə fəaliyyət göstərən Amerika, İngiltərə, İsveçrə, İsveç, Polşa, Özbəkistan, Almaniya, Estoniya Səfirliklərinin rəhbərləri və əməkdaşları, Belarusda yaşayan azərbaycanlılar və Minsk şəhərində təhsil alan tələbələr, o cümlədən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Belarusda təhsil alan kursantları iştirak ediblər.

Son xəbərlər

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31