Müzəffər Ağakərimov: Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir

Azərbaycanda turizm ildən-ilə yüksələn xətlə inkişaf edir. Heç bir MDB ölkəsində turizmə dövlət tərəfindən bu qədər diqqət və qayğı göstərilmir. Turizmə göstərilən diqqət və qayğı sayəsində Bakı şəhərində, Abşeron yarımadasında, regionlarımızda gözəl infrastruktur yaradılıb. Eyni zamanda, yeni otellər inşa olunub, yollar çəkilib, kommunal xidmətlər yüksək səviyyədədir. Bunun nəticəsində ölkəmizə gələn qonaqların sayı ildən-ilə artır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Onun sözlərinə görə, Azərbaycanda keçirilən beynəlxalq idman yarışları, musiqi festivalları, mədəni tədbirlər, konqreslər, konfranslar, simpoziumlar, seminarlar ölkəmizə gələn turistlərin sayını artırır. “Ölkəmizdə bu sahədə püxtələşmiş kadrlar yetişir. Artıq qonaqlara yüksək səviyyədə xidmət etmək üçün bütün səviyyələrdə imkanlarımız və şəraitimiz var. Kadr hazırlığında da 2006-cı ildən fəaliyyət göstərən Turizm və Menecment Universiteti çox böyük rol oynayır, eyni zamanda Bakı Dövlət, Qərb, İqtisadiyyat universitetləri, peşə məktəbləri, kolleclər, mühüm əhəmiyyət kəsb edir. Buna görə də ildən-ilə ölkəmizə artan turist axını zamanı onlara yüksək səviyyədə xidmət göstərmək imkanlarımız çoxalır. Eyni zamanda, turizm şirkətləri yeni turizm marşrutları, proqramlar hazırlayır, yeni turizm növləri həyata keçirir. İnanıram ki, ölkəmizə gələn turistlərin sayı ildən-ilə daha da çoxalacaq. Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsində göstərildiyi kimi 2020–ci ildə artıq hədəflər yerinə yetiriləcək, 2025-ci ildə isə Azərbaycan turistlərin qəbuluna görə dünyanın 20 ölkəsi sırasına çıxacaq”.

Ötən il turizmin qeyri-enerji sektorunda birinci yeri tutduğunu xatırladan Müzəffər Ağakərimov qeyd edib ki, turizm üzrə ölkəmizin bu cür inkişafı həm də turizm qurumlarının sərgilərdə, beynəlxalq tədbirlərdə, turizm üzrə keçirilən konfranslarda iştirakını vacib edir: “Çünki bu cür tədbirlər turizmin təbliğində mühüm rol oynayır. Həm yerli, həm də beynəlxalq sərgilərdə Azərbaycan turizm qurumlarının iştirakı ölkəmizə gələn turistlərin sayını daha da artırır”.

Müzəffər Ağakərimov bildirib ki, ölkəmizə gələn turistlərin sayının artmasında dövlətin böyük dəstəyi var. O, bu istiqamətdə viza rejiminin sadələşdirilməsinin ölkəmizə həm Yaxın Şərq, həm də Asiya ölkələrindən çoxlu sayda turistlərin gəlməsinə səbəb olduğunu vurğulayıb. Sədr müşaviri keçirilən beynəlxalq tədbirlər nəticəsində ölkəmizə gələn turistlərin sayının 2020-2021-ci illərdə daha da artacağını və bu rəqəmin 4 milyondan da çox olacağına inamını ifadə edib.

Son xəbərlər

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31