ƏDƏBİYYAT MƏBƏDİ RÜFƏT SOLTANOVUN DOĞUM GÜNÜNƏ DOST HƏDİYYƏSİ

Həyat sonsuz və sürətli bir axın, zaman isə ağ kağızları unudulmaz mənəviyyat salnaməsinə çevirən ən böyük ustaddır Bu tələskən, bəzən isə insan ruhunu yorub incidən dünyada hər bir insanın silinməz iz qoyması, öz bənzərsiz dəst-xəttini qoruması asan məsələ deyil. Yalnız ömrünü və fəaliyyətini uca prinsiplərə, ədalətə, təhsilə və təmənnasız insan sevgisinə fəda edən fərdlər zamanın amansız rüzgarına qalib gəlirlər. Təhsil mülkündə, sözün namusunu qorumaq cığırında dürüst və ləyaqətli imzası ilə seçilən belə nəcib şəxslərdən biri – dünənədək 20 nömrəli tam orta məktəbdə ədəbiyyat müəllimi işləmiş və məktəb həmkarlar ittifaqı komitəsinin sabiq sədri olmuş, mənim orta məktəbdən dostluq etdiyim incə qəlbli insan Rüfət Qüdrət oğlu Soltanovdur

ŞAGİRDLƏRİN QƏLBİNƏ SÜZÜLƏN SƏS

Onun dərsləri, sadəcə, bir fənn proqramının tədrisi deyil, şagirdlərin daxili aləmini nurlu gələcəyə hazırlayan əsl mənəviyyat məktəbi olub. Bir anlığa özümüzü onun dərslərində hiss edək.

Rüfət müəllimin sinif otağına daxil olduğu o müqəddəs an, məktəbin dəhlizlərindəki səs-küy yerini klassik şeirimizin, fəlsəfi publisistikamızın sehrli sükutuna verir. Lövhə önünə keçib Füzulidən, Nəsimidən, Sabirdən, Sabir və irfan fəlsəfəsindən söz açanda onun səsi təkcə qulaqlara deyil, birbaşa şagirdlərinin qəlbinə süzülür. Çünki o, ədəbiyyatı, sadəcə, quru sətirlər kimi nəql etmir, həm də tədris etdiyi hər sətirdə həqiqi "insanşünaslıq" fəlsəfəsinin sirlərini səmimi şəkildə bölüşür. Rüfət müəllim dərslərində başqa birisinə bənzəmək cəhdindən və kimisə yamsılamaqdan uzaq durmağın, öz xalis xislətinə sadiq qalmağın fəlsəfəsini öyrədir. O, şagirdlərinə pıçıldayır ki, əsl ucalıq süni parıltıların arxasında gizlənmək deyil, əcdadların miras qoyduğu təmiz adı, ləyaqətli mənəvi möhrü göz bəbəyi kimi qorumaqdır.

USTAD TƏMKİNLİYİ


Ustad müəllimin xarakter portreti, ətrafa işıq paylamaq üçün öz rahatlığını fəda edən yanan şam missiyasının əyani təzahürüdür. O, həm bir pedaqoq, həm də məktəb həmkarlar komitəsinin sədri olduğu illərdə kollektivin hər bir üzvünə qarşı ustad təmkinliyi və xeyirxahlığı ilə yanaşıb.

Qüdrət kişinin ulu ocağından aldığı ailə tərbiyəsi onun hər addımında ağsaqqal müdrikliyi kimi özünü büruzə verir. Həmkarlarının və ya şagirdlərinin çətin anlarında dərhal səmimi münasibətini ortaya qoyaraq onların hiss etdikləri çətinliklərə, yaşadıqları problemlərə, ən incə məqamlara səmimi məlhəm olmağı bacarıb. Onun üçün fəaliyyətindəki ən böyük peşə sevinci və mükafat formal şöhrət yarışları deyil, yetişdirdiyi gənclərin dürüst imza sahibi olması və kollektivinin səmimi rəğbət təəssüratı olub.

SÖNMƏZ FİKİR MAYAKI

Rüfət müəllimin vətəndaşlıq mövqeyinin və ədəbiyyat dərslərinin şah damarını sönməz vətən aşiqliyi və torpaq istəyi təşkil edir. Vətən, yurd, torpaq qürurunu, təəssübkeşliyini şagirdlərinin qəlbinə bir ədəbiyyat nidası kimi həkk edib. O, bədii klassiklərin vətənpərvərlik ruhunu çağdaş Qarabağ zəfərimizin rəngləri ilə birləşdirərək gələcək nəslə milli kimlik və ləyaqət dərsi keçib.

Bakı şəhərindəki 20 nömrəli tam orta məktəbin ustad müəllimi Rüfət Soltanovun ömür yolu və ədəbiyyat məbədində göstərdiyi fəaliyyət bu fani dünyada dürüstlük, səmimiyyət və xeyirxahlığın qiymətinin heç vaxt ucuzlaşmadığını bəyan edən sönməz fikir mayakıdır. O öz ləyaqətli ömrü və nəcib əməlləri ilə həm təhsil camesində, həm də ətrafındakı insanların qəlbində silinməz mənəvi bir möhür vurub.

LƏYAQƏTLƏ BƏZƏNƏN UCA ÖMRÜN TACIDIR...


20 nömrəli məktəbin qəlbi elm və vətənpərvərliklə döyünən nurlu çırağı, ulu Qüdrət ocağının mənəvi nəcabət payı, ustad müəllim Rüfət Soltanovun ad günü bizim bayramımızı qeyd etdiyimiz günlə səsləşir.

Ona görə də onun işıqlı ömür zirvəsinə və mübarək ad gününə dərin ehtiramla bu kövrək misraları ünvanlayıram.

Sinif otaqlarında bərq vurur dürüst adınız,
Soltanov soyadı təhsildə uca bir şandır.
Pedaqoq, rəhbər, həm də fədakar ustadsınız,
Siz ətrafa nur saçan səmimi, pak cansınız.

Bu mübarək ad günü, bu nurlu, yeni yaşınız,
Ləyaqətlə yaşanan bir ömrün qızıl tacıdır!
Füzulidən, Sabirdən dərslər açdınız hər an,
Sözün uca mülkündə dürüst imzanız durur.

Rüfət müəllim, sizə heyran oldu bu cahan,
Ədəbiyyat dərsiniz qəlblərə hüzur verir.
Bu mübarək ad günü, bu nurlu, yeni yaşınız,
Ləyaqətlə bəzənən uca ömrün tacıdır!


Mübarək ad gününüzdə sizə möhkəm cansağlığı, ailə səadəti, ömür-gün yoldaşınız, mənim müəllimim olmuş Ramella xanımla birlikdə qoşa addımlamağı, övladlarınızın xoş gtünlərini görməyi, eyni zamanda tükənməz yaradıcılıq enerjisi və bundan sonrakı pedaqoji fəaliyyətinizdə sönməz uğurlar arzulayırıq. Yandırdığınız o söz və vəfa məşəlinin nurlu işığı gələcək nəsillərin yolunu hər zaman bir insanlıq mayakı kimi aydınlatsın!

Daşdəmir ƏJDƏROĞLU

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31