Ali Məhkəmə: Mülkiyyət hüququnun bərpası formal xarakter daşımamalıdır

Ali Məhkəmə cinayət işi çərçivəsində baxılmış mülki iddiaya dair qəbul edilmiş hökmün icrası zamanı yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədilə həmin hissəyə izah verilməsinin mümkünlüyünə dair vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.

Bu barədə qərar Ali Məhkəmədə baxılan iş əsasında qəbul olunub.

İşin hallarına görə, birinci instansiya məhkəməsinin hökmü ilə sökülmüş binada zərərçəkmiş şəxsə məxsus qeyri-yaşayış sahələrinin əvəzində həmin ünvanda inşa edilmiş yeni binada eyni ölçüdə, tam təmirli qeyri-yaşayış sahələrinin QSC tərəfindən naturada təhvil verilməsi, bina istismara verilənədək aylıq 1.200 manat məbləğində icarə haqqının ödənilməsi qərara alınıb.

Sonradan zərərçəkmiş şəxs hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Ərizədə göstərilib ki, hökm yeni binada təhvil veriləcək qeyri-yaşayış sahələrinin konkret yerləşdiyi yer, istiqaməti və digər xüsusiyyətlərini müəyyən etmədiyindən, bu hal icra mərhələsində müxtəlif yanaşmalara və zərərçəkmiş şəxsin hüquqlarının tam bərpa olunmamasına səbəb ola bilər.

Birinci instansiya məhkəməsi hökmün kifayət qədər aydın olduğunu bildirərək ərizəni təmin etməyib, apellyasiya instansiyası da həmin qərarı qüvvədə saxlayıb.

Ali Məhkəmə isə qeyd edib ki, Cinayət-Prosessual Məcəlləsində cinayət işi üzrə qəbul edilmiş məhkəmə aktlarının izah edilməsini birbaşa tənzimləyən norma nəzərdə tutulmasa da, CPM-in 179.2-ci maddəsinə əsasən belə hallarda Mülki Prosessual Məcəllənin müvafiq normaları tətbiq oluna bilər. Məhkəmə vurğulayıb ki, MPM-in 230.1-ci maddəsi işə baxmış məhkəməyə qəbul etdiyi və ləğv edilməmiş məhkəmə aktını onun məzmununu dəyişdirmədən izah etmək səlahiyyəti verir. Bu institutun məqsədi qərarı dəyişdirmək deyil, onun düzgün başa düşülməsini və qanunauyğun icrasını təmin etməkdir.

Ali Məhkəmənin mövqeyinə görə, cinayət işi çərçivəsində baxılmış mülki iddia üzrə qəbul edilmiş qərarın icrası zamanı qeyri-müəyyənlik yaranarsa və ya belə ehtimal mövcud olarsa, həmin qərarın izah edilməsi hüquqi müəyyənliyin təmin olunmasına və məhkəmə müdafiəsinin səmərəliliyinə xidmət edir.

Məhkəmə xüsusi olaraq vurğulayıb ki, naturada zərərin əvəzinin ödənilməsi yalnız əmlakın sahəsinin eyni olması ilə məhdudlaşmır. Mülki Məcəllənin 1115-ci maddəsinin mənasına görə, zərərçəkmiş şəxsin əvvəlki hüquqi vəziyyəti mümkün qədər bərpa edilməlidir. Buna görə də təqdim ediləcək əmlakın funksional təyinatı, istifadə imkanları və iqtisadi dəyəri də nəzərə alınmalıdır. Əks yanaşma məhkəmə qərarının formal icrasına səbəb ola bilər, lakin zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının real bərpasını təmin etməz.

Qeyd edilib ki, hökmün mülki iddiaya dair hissəsində bu məsələlərin konkretləşdirilməməsi icra mərhələsində ziddiyyətli yanaşmalara səbəb ola və mülkiyyət hüququnun səmərəli müdafiəsini çətinləşdirə bilər. Belə hallarda qərarın izah edilməsi məhkəmə aktının məzmununun dəyişdirilməsi deyil, onun düzgün icrasının təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir.

Ali Məhkəmə yekunda belə nəticəyə gəlib ki, zərərçəkmiş şəxsin hökmün mülki iddiaya dair hissəsinə izah verilməsi barədə müraciəti qanuna uyğundur və əsassız hesab edilə bilməz.

Son xəbərlər

Şənbə günü 1350 namizəd incəsənət məktəb və mərkəzlərinə işə qəbul imtahanı verəcək

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31