
Xəbərlər
26.03.2026, 11:41
Əlləri şəfalı, qəlbi gözəl həkim Xuraman Yadigarovanın 50 illik yubileyinə səmimiyyətlə.. - FOTOLAR
XURAMAN
İsmətli, işvəli, qəmzəli qızdı,
Təpədən dırnağa nazdı Xuraman.
Baxçası al - əlvan çiçək qoxulu,
Təzəcə açılan yazdı Xuraman.
Kövrəkdi, bu kövrək ürəyim kimi,
Sinəmdə dil açan diləyim kimi,
Tanrıdan pay gələn mələyim kimi,
Gördüyüm yuxumu yozdu, Xuraman.
Təsəllisin sərdi qəmlərim üstə,
Bir ümid gətirdi kəmlərim üstə,
Misralar gül açdı simlərin üstə,
Dərdimi oxuyan sazdı Xuraman.
Bənd-bənd,sətir-sətir telinə yazdım,
Xəstələrə şəfa əlinə yazdım,
O şirin, o şəkər dilinə yazdım,
Hələ bu yazdığım azdı,Xuraman !
Qəlbindən keçəni yoza bilsəydim,
Kədəri gözündən poza bilsəydim,
Şeirimlə vəsf edib yaza bilsəydim,
Bir ömür kitabdı, sözdü, Xuraman.
Təzəcə açılan yazdı Xuraman.
ƏZİZƏ AĞAHÜSEYNQIZI
17.03.2026
Bu günlərdə doğum günü olan insanlığı ilə könlümüzdə yuva quran ailə həkiminiz, dəyərli səhiyyə işçisi Xuraman xanımın 50 illik yubileyi oldu..Məclisdə onun könlünə yaxın insanlar iştirak edirdi..bacıları, qardaş balaları, yeznələr, qonşular və söz adamları...hər biri Xuraman xanımın dostcanlı, səmimi insan olduğunu dəfələrlə vurğuladılar..bu gözəl, özəl günündə mən də özumə borc bildim ki, bir şeirimlə onun könlünü ovuda bilim..Yubileyin mübarək həkim, sənə can sağlığı xoş günlər, övladlarının toyunu görməyi arzulayıram..Təbrik edirəm 50 yaşınız 100 olsun inşallah..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













