Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı dövlətin elmi-mədəni siyasətinin əsas istiqamətlərini, milli yaddaşın qorunması, tarixi həqiqətlərin tədqiqi və dilin, mədəni irsin yaşadılması kimi mühüm məsələləri əhatə edib. Bu çıxışda həm tarix elminin, həm toponimika tədqiqatlarının, həm də ana dilimizin qorunması ilə bağlı mühüm ideoloji və elmi prioritetlər müəyyənləşdirilib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru, filologiya elmləri doktoru Reyhan Həbibli söyləyib.

Alimin sözlərinə görə, dövlətimizin başçısı Azərbaycan tarixinin uzun illər ərzində erməni təbliğatı tərəfindən təhrif edilməsinə diqqət çəkərək bu məsələdə alimlərin, tədqiqatçıların və ümumilikdə ziyalı təbəqənin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

“Çıxışda əsas fikir ondan ibarətdir ki, Azərbaycan xalqı qədim dövlətçilik ənənələrinə malik, geniş coğrafiyada mədəni və siyasi izlər buraxmış bir xalqdır. Prezident bu həqiqətlərin yalnız emosional deyil, elmi faktlar, xəritələr və sənədlərlə sübut olunmasının vacibliyini qeyd edir.

Digər vacib məqam isə azərbaycanlıların yaşadıqları ölkələrdə sülhsevər, dövlətçiliyə sadiq və yaradıcı xalq kimi formalaşması ilə bağlıdır. Bu fikir, bir tərəfdən, Azərbaycan xalqının tolerantlığını və mədəni səviyyəsini göstərir, digər tərəfdən isə bölgədə sülhə və birgə yaşayışa çağırış kimi səslənir. Prezidentin “tarixi torpaqlara qayıdış tanklarla yox, avtomobillərlə olmalıdır” fikri isə problemlərin dinc, hüquqi və tarixi əsaslarla həllinə üstünlük verilməsi prinsipini ifadə edir, sülh, humanizm və hüquqi ədalət prinsipinə əsaslanır”, - deyə dilçi-alim bildirib.

Tarixi yaddaşın qorunması məsələsi ilə bağlı Prezident İlham Əliyevin Qərbi Azərbaycan torpaqlarının tarixi və toponimik irsi üzərində dayandığını diqqətə çatdıran professor bu mövzunun Azərbaycan tarixinin mühüm bir sahəsi kimi elmi tədqiqatların diqqət mərkəzinə gətirildiyini söyləyib: “Prezidentin çıxışında Qərbi Azərbaycan torpaqları ilə bağlı səsləndirilən fikirlər Azərbaycan tarixinin mühüm bir istiqamətinə – tarixi-coğrafi yaddaşın qorunmasına və toponimlərin elmi əsaslarla tədqiqinə həsr olunub. Dövlətimizin başçısı diqqəti ona yönəldir ki, Qərbi Azərbaycan toponimləri bölgənin əsrlər boyu Azərbaycan xalqının məskunlaşma və mədəniyyət arealı olduğunu sübut edir. Bu fikir həm tarixi faktlara, həm də elmi xəritə materiallarına əsaslanır. Prezidentin “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir” deməsi alimlərə konkret istiqamət göstərir: arxiv sənədləri, kartoqrafik mənbələr və yazılı salnamələr vasitəsilə Azərbaycan mənşəli toponimlərin bərpası və sənədləşdirilməsi prioritet olmalıdır”.

Prezidentin çıxışında Qərbi Azərbaycan mövzusunun yalnız keçmişə qayıdış deyil, həm də tarixi ədalətin bərpası və mədəni irsin qorunması kimi təqdim edildiyini deyən Reyhan Həbibli bunun Qərbi Azərbaycan toponimlərinin elmi, siyasi və mənəvi dəyərinin aktuallaşdırılmasına, həmçinin Azərbaycan alimlərinin qarşısında duran konkret vəzifələrin – tarixi adların öyrənilməsi, xəritələrin nəşri, sərgilərin təşkili, elmi təqdimat kimi tədbirlərin həyata keçirilməsinə çağırış olduğunu vurğulayıb.

“Tarixi-coğrafi yaddaşla bağlı bu fikirlərdən sonra Prezident İlham Əliyev milli kimliyin digər dayağı olan Azərbaycan dilinin saflığının qorunması məsələsinə keçir. Çünki xalqın dili onun tarixi yaddaşını, mənəvi sərhədlərini və mədəni irsini yaşadır. Dövlətimizin başçısı dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın milli varlığını, düşüncə tərzini və tarixi yaddaşını yaşadan, dövlətçilik şüurunun əsasında dayanan başlıca amil olduğunu vurğulayıb. Çıxışda xüsusilə ədəbi dilin saflığının qorunması məsələsinə diqqət yetirilib. Prezident qeyd edib ki, Azərbaycan dilinin təmizliyini qorumaq yalnız dilçilərin deyil, bütün cəmiyyətin – yazıçıların, jurnalistlərin, ziyalıların və hər bir vətəndaşın mənəvi borcudur. Dilin yad sözlərlə korlanması, ədəbi formanın itirilməsi milli kimliyin zəifləməsinə gətirib çıxara bilər”, - deyə professor qeyd edib.

Reyhan Həbibli Azərbaycan dilinin qədimliyi və zənginliyi, 50 milyondan çox insan üçün ana dili olması faktının bu dilin təkcə milli sərvət deyil, həm də beynəlxalq səviyyədə Azərbaycan varlığının simvolu olduğunu bildirib: “Prezidentin fikrincə, əgər dilimizdə qədim və əzəli söz mövcuddursa, onu başqa dildən gətirilən sözlə əvəzləmək həm elmi, həm də mənəvi baxımdan yolverilməzdir. Bu yanaşma dilə qarşı həm elmi məsuliyyətin, həm də milli vicdanın ifadəsidir. Ümumilikdə, çıxış Azərbaycan dilinin milli-mənəvi təhlükəsizliyin əsas dayağı kimi dəyərləndirilməsinə yönəlib. Prezidentin bu sahədə alimlərə və ziyalılara ünvanladığı çağırış dilin yalnız qorunmasını deyil, həm də onun elmi əsaslarla inkişaf etdirilməsini və gələcək nəsillərə saf şəkildə ötürülməsini hədəfləyir. Ali Baş Komandanın bu nitqi milli özünüdərk, elmi məsuliyyət və vətəndaş həmrəyliyi baxımından ciddi çağırış xarakteri daşıyır. Bu, Azərbaycan tarixinin obyektiv tədqiqi, milli kimliyin qorunması və beynəlxalq elmi ictimaiyyətdə ölkəmizin tarixi həqiqətlərinin tanıdılması üçün mühüm istiqamət müəyyənləşdirir”.

Son xəbərlər

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Rusiya Kiyevə hücumda kasetli döyüş sursatlarından istifadə edib

Şakira həmin uşaqları evində qonaq etdi - Fotolar

8 il sonra ekranlara qayıdır - Fotolar

ZAMANIN SINAĞINDA ÖZLƏRİNƏ MƏNƏVİ QALA QURMUŞ ZİYALILAR - FOTO

Yol polisi ara məsafəsinin qorunması ilə bağlı sürücülərə müraciət edib

Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var

Azərbaycan nefti 5 dollardan çox ucuzlaşıb

UEFA Çempionlar Liqası: "Sabah" Danimarkada "Orhus"la qarşılaşacaq

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

POEZİYADA HİKMƏTİN NƏFƏSİ (NİCAT ƏRTÜRK YARADICILIĞININ BƏDİİ-ESTETİK XÜSUSİYYƏTLƏRİ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31