Rəşad Mahmudov: “Bəhram Bağırzadənin digər orqanlarının funksionallığını qorumaq daha vacibdir”

“Ekstrakorporal membran oksigenləşdirmə (EKMO) cihazına qoşulan Bəhram Bağırzadənin həyatı uğrunda mübarizə 48 saatdan çoxdur ki, davam edir. Allaha şükür, bu müddət ərzində xəstənin vəziyyətində mənfi dinamika yoxdur”.

Bunu Media.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

Qeyd edək ki, koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə Mərkəzi Gömrük Hospitalında müalicə olunur.


Həkimin sözlərinə görə, Bəhram Bağırzadənin analizlərinin nəticələrində kiçik də olsa, müsbət dəyişikliklər nəzərə çarpır ki, bu da ümid verir.

“Dünya təcrübəsi göstərir ki, ağciyərləri belə zədələnən xəstələrin müalicəsi qısa müddət ərzində müsbət nəticə verə bilməz. İndi bizim üçün ən başlıcası xəstəni EKMO aparatı altında saxlamaqda davam edərək, digər orqanların funksionallığını qorumaqdır. Düşünürəm ki, mübarizəmiz az vaxt aparmayacaq”, - deyə o bildirib.

Onun fikrincə, mediada yayılan videolar və bu kimi digər məlumatlar həqiqəti əks etdirmir.

“Hər kəsdən Bəhram Bağırzadənin ailə üzvlərinin və xəstənin müalicəsi üçün bütün lazımi tədbirləri görən tibb işçilərinin hisslərini nəzərə alaraq, ifadələrində daha nəzakətli olmalarını xahiş edirəm”, - deyə R.Mahmudov vurğulayıb.

Onun sözlərinə görə, B.Bağırzadənin ağciyərlərinin transplantasiyası məsələsi gündəmdə deyil. Belə vəziyyətdə orqan nəqli məsələsindən söhbət gedə bilməz. Bunu beynəlxalq təcrübə də sübut edir.

“Bütün koronavirus xəstələri kimi, Bəhram Bağırzadənin də müalicəsi davam edir. Hər hansı dərman və ya tibbi avadanlıq çatışmazlığı yoxdur. Ümid edirik ki, müsbət nəticə əldə edəcəyik və bütün xəstələr sağalacaq”, - deyə o bildirib.

Xatırladaq ki, Əməkdar artist Bəhram Bağırzadə 2020-ci ilin 13 iyun tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Yeni kompüter tomoqrafiyası əvvəlki mərhələyə nisbətən xəstəliyin ciddi mənfi gedişini ortaya çıxarıb. Sənətkarın ağciyər toxumasının 90 faizindən çoxunun zədələndiyi məlum olub. Ağciyərlərin süni ventilyasiyası (ASV) ilə intensiv müalicəyə baxmayaraq, saturasiyanın (qanın oksigenlə doyması) artırılmasına nail olunmayıb. Gün ərzində saturasiya nisbəti 50 faiz civarında qaldığına görə, konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulması qərara alınıb.

EKMO - xəstənin həyatına və bədəninin fəaliyyətinə müvəqqəti dəstək vermək üçün süni ürək və ağciyərdən istifadə edən xüsusi müalicə metodudur. Mərkəzi Gömrük Hospitalında EKMO cihazına qoşulduqdan sonra xəstənin vəziyyəti nisbətən sabitləşib və saturasiya 95 faizə qədər yüksəlib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Son xəbərlər

Estoniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Bakı Qızlar Universitetinin tələbələri ilə bağlı aidiyyəti tədbirlərin icrasına başlanılıb

"Qarabağ"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub

Türkiyəli nümayəndə heyəti sabah Qarabağa səfər edəcəklər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31