ŞAİRLƏR -
SÖZ UĞRUNA SAVAŞDA,
ÖLÜMƏ GEDƏN
KÖNÜLLÜLƏRDİR...
Ya savaşıb
qalib gələcəklər,
Ya da Söz Şəhidi olub
ədəbi aləmdə var olacaqlar!
SÜLHİYYƏ MUSA QIZI.

Ötən dəfə, sərbəst vəzində yazan şair dostlarımızdan birinin yaradıcılığı haqqında yanaşmamı yazanda, sərbəst vəzn barədə tanınmış tədqiqatçılardan oxuduqlarım və bildiklərimi ümumiləşdirib, deyəsən bir balaca xəsislik edərək danışmışam. Doğrusu nə gizlədim, əvvəllər ənənəvi heca vəznində olan şeirləri nə qədər çox sevirdimsə, indiki vaxtda, sərbəst vəzində yazılan şeirlərə çox aludə olmuşam və son dövürlərdə oxuduğum janır deyərdim, bəlkədə odur. Çünki, orada sözün, qafiyənin şeirin içində səpələnməsinə deyil, mənanın dolğun ifadəsinə acgözlüyüm bu vəzini mənə daha çox sevdirməyə ehtiyac duydurub.
Çağdaş poeziyamızda sərbəst vəzində hissinin duyğusunu ifadə edə bilən şairlərimiz yetərincədir. Bir, birindən maraqlı yaradıcılıq nümunələri məni özünə valeh edir...


Tədqiqatçıların qənaətinə görə sərbəst şeir, çox zaman yeni və müasir şeir forması kimi dəyərləndirilir. Aparılan tədqiqatların nəticəsi də tədqiqatçıların yanaşmasının doğruluğunu sübut edir. Çünki, sərbəst vəzndə olan şeir nümunəsi tədqiqatçıların qənaətinə görə XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqları arasında yaranıb. Özüdə, ilk dəfə Belçikada bu forma meydana çıxıb. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti, xüsusən Rəsul Rza, Əli Kərim və bir çox şairlərimiz bu janırdan istifadə edib və sərbəst vəzində şeirə öz yaradıcılıqlarında geniş yer vermişlər.

Müasir ədəbiyyatmızda ciddi tədqiqat işləri ilə diqqəti cəlb edən, yorulmaz tədqiqatçı, şair Şirvan Ədilli, Azərbaycan poeziyasında mövcud olan sərbəst şeirlərin xüsusiyyətlərini nəzərə alaraq ilk dəfə bu şeir formasının 8 növünü müəyyən etmişdir: Şirvan müəllimin bu gözəl tədqiqat işində, bunlar aşağıdakı kimi sıralanıb.
Eyni bölgülü qafiyəli sərbəst şeir;
Fərqli bölgülü qafiyəli sərbəst şeir;
Qismən bölgülü qafiyəli sərbəst şeir;
Bölgüsüz qafiyəli sərbəst şeir (qafiyəli nəsr);
Eyni bölgülü qafiyəsiz sərbəst şeir;
Fərqli bölgülü qafiyəsiz sərbəst şeir;
Qismən bölgülü qafiyəsiz sərbəst şeir;
Bölgüsüz qafiyəsiz sərbəst şeir (mənsur şeir).

Doğurdan da, sərbəst vəzin haqqında oxuduğum və apardığım müşahidələrimə söykənərək deyə bilərəm ki, sərbəst vəzn misraları necə gəldi qafiyələndirmək, daha doğrusu, qafiyəsiz düzmək, qırmaq, səpələmək demək deyil. Sözün sərbəstliyində, vəznin poetik imkanlarına yaradıcı şəkildə, sənətkarlıqla yanaşmağı tələb edir. Sərbəst vəznin özünün ahəngi, ritmi, tempi, harmoniyası var. Sərbəst şeirdə hər misra, hər söz, hər bədii sual və nida, hətta bağlayıcı təzə fikrə keçiddir. Sərbəst şeirdə hər sözün bədii təsiri vardır. Sərbəst vəzn məzmunun hərtərəfli açılması üçün geniş imkanlar yaradan, onu dərindən mənalandırmağa imkan verən bir vəzndir.

Burada mənasız söz, sözdə rəng artığı və təsvir israfçılığı yoxdur. Şair sərbəst vəzində yazanda, təkcə duyğusunu rəsm etmir. O, düşüncəsində formalaşdırdığı obraza açılan bədii əsər üzərindən tülü qaldırır. Oxucunun fikrini ruh oxşayan işarə ilə detallara, lövhə üzərindəki bədii cəhətə sözlə rənglənmiş mənzərəyə yönəldir...
Bu fikirləri mənə söyləməyə, şeirlərini sevə-sevə oxuduğum, gözəl yaradıcılığı ilə diqqətimi xeyli müddətdir çəkən Sülhiyyə Musa Qızı yaradıcılığıdır. Sülhiyyə xanımın sərbəst vəzndə yazdığı şeir nümunələr üzərində danışmamışdan öncə, deyə bilərəm ki, yuxarıdakı fikirlərin hamsı bu xanımın yaradıcılığının, mənə, düşüncəmdə yaşatdıqlarıdır. Şair, düşüncəsini o qədər gözəl, qəlb rahatlığı ilə sərbəst, ruhu sığallayan fikirlərin elə düzümdə verir ki, istənilən oxucunun ruhunu oxşayır.
Şairlər-
söz uğruna savaşda,
ölümə gedən
könüllülərdir...
Ya savaşıb
qalib gələcəklər,
Ya da Söz Şəhidi olub
ədəbi aləmdə var olacaqlar!

Yuxarıda istinad etdiyim və diqqətimi sərbəst vəzində gözəl yaradıcılıq nümunələri ortaya qoyan şeirin müəllifi Sulhiyye Musa Qizidı.
Onun, şeir yazarkən kim olduğunu ortaya çıxaran iki cümlənin içində dediyi bir həqiqət tülü altında duran "könüllü", "əbədi aləmdə var olacaq" şairlərdən biridi.
Sülhiyyə Musa qızının bu vəzində yazdığı digər bir şeirinə nəzər salsaq görərik ki, doğurdan da onun şairliyi sevən sevgisinin məhkumdu...
Sənin əlində qələm,
Barmaqlarında sehir,
Sən,sözün cəzbinə
Ürəklə,ruhla düşürsən.
Mən,sənin şeirinlə
Düşdüm könül cəzbinə,
Fədai oldum,
İçdən-içə sehrinə.
Sök ürəyimi,
Duyğu dolu hisslərimi
At alovlara,
Bu qədər cəzama
Razıyam yenə,
İstəsən,sözün sehrində
Əllərimi zəncirə vur,
At ,məni zindana,
Gözlərinə baxa-baxa
Bu qədər cəzaya
Razıyam yenə...
Sevgi iki nəfərlikdi,
Mən tək nəfərlik
Məhkumluğa
Razıyam yenə...
Sevə-sevə mən səni,
Gözlərində donan yaşlarda
Ağlamağa razıyam yenə...

Ruhunun duyduğu formada fikirlərini sözlə rəngləyən şair, tək şeirlərinin sevgisi üçün, - "Gözlərində donan yaşlarda
Ağlamağa razıyam yenə..." - deyir. Bu qədər şeirə sevgi fədakarlığı onun qəlb lirikasıdan süzülüb gələn, təsdiqini arzuladığı bir istəkdir. Şair onu çox gözəl və obrazlı şəkildə təsvir edə bilir.
Həyatda bütün
Çətin məsələnin sadə
"həlli"nifrət,
mürəkkəb həlli sevgidi...

-deyən şair Sülhiyyə Musa Qizi, çətinlikdən qorxanlara səslənir,
Çoxu çətin yolu
Ürəyinə salıb getmək
İstəmir-nə səbəbsə,

Və şair çətinliyi qorxusundan gedilməyən yolun son nəticəsi nifrət olduğun bildirir. Çünki, çətin yolun mürəkkəb həlli sevgidir. Bu mürəkkəb həllin önündə quru qürur, mənəmmənəmlik eqosu durur. Nəticədə bəşəriyyət bu gün yaşadığı sevgisizlikdən doğan Nifrət ocağına döndüyünü sual və həyacanla çatdırır. Buda oxucunun düşünməyə vadar edir...
Dünyanın anlamaq
Pəncərəsindən
baxanda sevgi
seçilməlidir yol olaraq,
Zirvəyə çıxmağa
Dözüm olaraq,
-ancaq sevginin əksi
daha çox
Gedilən yola dönür?!
Bəşəriyyət bu üzdən
Nifrət ocağına dönür?!

Şair Sülhiyyə Musa Qizinın yaradıcılığında bədilik, fikirin obrazlı ifadəsi o qədər təbii alınır ki, oxuduqca ruhən sakitləşirsən. Məsələn,
Çopur küçələrin üzünə
Leysan yağışlar yağıb,
Sanki, zərrələr axıb,
hamarlayıb çopurları,
Damcılar kremləmiş
Elə bil, çopur küçələri,
İşığa,zərə boyayıb
Üstünə əl gəzdirib,
sığal çəkib,boyayıb,
Makiyaj eləyib
Yanan fənərlərin
çəpəki düşən işığında,
Bərq vurur damcılar,
Dalğalanıb işıqlanır,
Qızılı şəfəqlərin içində
Sanki yağış,
Bər-bəzək,gözəllik ustasıdır ...

Gözəl ahəngə malik olan bu lirik şeir. Təbiətin füsunkar gözəlliyinin yağış damcısı tək sözünün olduqca məntiqli bir nizamla düzülüşü...
Gözəl şairimiz Sülhiyyə Musa Qizinın yaradıcılığı təkcə sərbəst vəzndə deyil, onun, ənənəvi şeir formasında da bir-birindəndə gözəl yaradıcılıq nümunələri var. Onun istənilən səpkidə yazdığı şeirlərinin hamısında mükəmməl bir süjet xətti özünü büruzə verir. Lakin bu gün şairimizin sərbəst vəzndə yazılan şeirləri üzərində filirlərimi cəm etdiyindən və sərbəst vəzn haqqında duyğularıma hopan düşüncələri mənə yaşatdığından Sülhiyyə Musa Qizina mükəmməl yaradıcılığında uğurlar diləyirəm...

Böyük səmimiyyətlə,
Elxas Comərd,
AYB-nin, "İti Qələm" Respublika və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.








Son xəbərlər

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Bolqarıstan XİN ölkənin hava məkanına dronun daxil olması ilə bağlı Ukrayna səfirini çağırıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Mizana tutmaqdı Zeynəbin işi - FOTO

MƏNƏVİYYATININ ƏSAS ROLU

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31