Maşına “satılır” yazsaz, 2 min CƏRİMƏLƏNƏCƏKSİZ!

"Avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsi qanunla ciddi tənzim olunur və bu qaydaları pozanlar cərimələnir. Avtomobil üzərində istənilən reklam xarakterli təsvirlər qanunla qadağan edilib".

"Qafqazinfo" xəbər verir ki, bu haqda Sputnik Azərbaycan-a Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, reklam xarakterli informasiya olan təsvirlər üçün lazım olan sertifikatı almaq lazımdır.

"Avtomobilin şüşəsində "Satılır" yazısı yapışdırmaq da reklamdır. Avtomobilin hansı şirkətə məxsus olduğunu bildirən ad və ya loqotip reklam hesab edilmir", - deyə K.Əliyev əlavə edib.

O həmçinin qeyd edib ki, bütün deyilənlər yeni qanunvericilikdə öz əksini tapıb. Onun sözlərinə görə, "Nəqliyyat vasitələrində reklam yerləşdirilməsi" qaydaların pozulmasına görə, fiziki şəxslər üçün 50 manata qədər, vəzifəli şəxslər üçün 150-200 manat, hüquqi şəxslər üçün isə 500-2000 manat cərimə müəyyən edilib.

Qeyd edək ki, normalara əsasən, nəqliyyat vasitələrində reklam ona mülkiyyət və ya sərəncam hüququ olan şəxslə reklam yayıcısı, yaxud reklam agenti arasında bağlanılan müqavilə əsasında yerləşdirilir. Nəqliyyat vasitələrində reklam yaradıcılıq, dizayn, çap keyfiyyəti baxımından, görüntüyə maneə törətməyən texniki hədlər daxilində nəqliyyat vasitələrinin üzərində və ya salonunda yerləşdirilir.

Nəqliyyat vasitələrində reklamın yerləşdirilməsinə razılıq Daxili İşlər Nazirliyinin hazırladığı reklama dair texniki şərtlər pasportu əsasında Daxili İşlər Nazirliyi tərəfindən verilir. Reklama dair texniki şərtlər pasportu mülkiyyətçiyə təqdim edildikdən sonra reklam yerləşdirilə bilər. Nəqliyyat vasitələrinin üzərində yerləşdirilən reklam nəqliyyat vasitəsinin əsas rəngi ilə kontrast yaradan rənglə çərçivəyə alınmalı, onun sahəsi reklam yerləşdirilməsi üçün tətbiq edilən səthin 60 faiz indən çox olmamalıdır.

Son xəbərlər

Səs yazısı yayıldığı iddia edilən həkimdən açıqlama

Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda

Kral ailəsində yeni körpə - Foto

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31