Bakıda bir gündə altı nəfər yoxa çıxdı - İnsanın itkin düşməsi necə təsdiqlənir?
Ötən gün ərzində paytaxtda xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları itkin düşmüş şəxslərlə bağlı beş faktı qeydə alıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İtkin düşən altı şəxsdən ikisi azyaşlı - Nurlan (2009-cu il təvəllüdlü) və Ömər Şərifov (2014-cü il təvəllüdlü) qardaşdır. Onlar aprelin 20-də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində yoxa çıxıblar. Polis idarəsinə uşaqların itkin düşməsi ilə bağlı məlumat aprelin 21-də daxil olub. Xoşbəxtlikdən elə həmin gün azyaşlılar Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tapılaraq, sağ-salamat ailələrinə təhvil verilib.

Qeyd edək ki, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində aprelin 21-də Dadaşova Səkinə Qalib qızı (1997-ci il təvəllüdlü) itkin düşüb. O, saat 15:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. İtkin düşən şəxsi Binəqədi rayonu 4-cü Polis Bölməsinin əməkdaşları axtarır.

Aprelin 20-də Nərimanov rayonunun ərazisində 23 yaşlı Soltanov Kamran Rafiq oğlu evdən çıxıb və bir daha geri qayıtmayıb.

Nizami rayonunda isə ötən ilin oktyabr ayının 30-da Qara Qarayev prospektinin yaxınlığında itkin düşmüş Hüseynov Həsən Allahverdi oğlu (1975-ci il təvəllüdlü) axtarılır.

Yasamal rayonunun 27-ci polis bölməsinin əməkdaşları Orucov Vidadi Mehdi oğlunu (1959-cu il təvəllüdlü) axtarır. Bu şəxs martın 19-da yoxa çıxıb. O vaxtdan bəri onun harada olduğu barədə məlumat yoxdur.

Hüquq-mühafizə orqanlarının əməkdaşları bildirirlər ki, əksər hallarda itkin düşən şəxslər iki-üç gün sonra özləri sağ və salamat geri qayıdırlar. Lakin istənilən halda axtarış aparılan müddətdə bu şəxslər itkin düşmüş hesab edilir. Həmin şəxslər cinayətin və ya hansısa bədbəxt hadisənin qurbanına da çevrilə bilərlər.

Oxu.Az-ın oxucuları tez-tez “insan hansı hallarda itkin düşmüş hesab olunur?” sualı ilə müraciət edirlər.

Məsələ ondan ibarətdir ki, əvvəllər bütün MDB məkanında vahid təcrübə mövcud idi - əgər şəxsin itkin düşməsindən üç gün keçməyibsə, hüquq-mühafizə orqanları ərizəni qəbul etmirdilər. Lakin son 10 ildə daxili işlər orqanlarının normativləri dəyişib və müddətdən asılı olmayaraq, itkin düşən şəxs haqqında ərizə dərhal qəbul edilməlidir.

Şəxs o halda itkin düşmüş hesab olunur ki, qəflətən və naməlum şəraitdə yoxa çıxsın, harada olduğu haqqında məlumat olmasın. Daxili İşlər Nazirliyində bütün itkin düşmüş şəxslərin qeydiyyatının aparıldığı xüsusi baza mövcuddur. Orada şəxsin məlumat vərəqəsi, şəkilləri, xüsusi əlamətləri, şəxsiyyətini müəyyənləşdirərkən lazım ola biləcək bütün məlumatlar var.

Son xəbərlər

Bu şəhər və rayonlarda işıq KƏSİLƏCƏK

UEFA Konfrans Liqası: "Qarabağ" Polşada Kiyev "Dinamo"su ilə qarşılaşacaq

Bakıda yalnız üç istiqamətdə tıxac yaranıb

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31