TDT-nin baş katibi “2024 Dünya Turizm Lideri” mükafatına layıq görülüb
Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüralıyev Brüsseldə keçirilən Qlobal Turizm Forumunun illik toplantısında “2024 Dünya Turizm Lideri” mükafatına layıq görülüb.

Bu barədə AZƏRTAC-a TDT-dən məlumat verilib.

“Dünya Turizm Lideri” mükafatına qlobal turizm sənayesinə əhəmiyyətli və davamlı töhfələr vermiş şəxslər layiq görülürlər. Bu mükafat Kubanıçbek Ömüralıyevin fəal rolunu üzə çıxarmaqla yanaşı, türk dövlətlərinin turizm sahəsində birgə səylərini vurğulayır. TDT-yə üzv dövlətlər birgə təşəbbüslər vasitəsilə beynəlxalq miqyasda diqqətəlayiq, davamlı, inklüziv və mədəni cəhətdən güclü turizm təcrübələrinin yaradılmasında mühüm irəliləyiş əldə ediblər.

Türk dövlətləri TDT-nin strateji çərçivəsini rəhbər tutaraq, əlaqələri genişləndirən, mədəni irsi təşviq edən və turizm vasitəsilə iqtisadi artımı dəstəkləyən layihələr həyata keçirirlər. Qeyd edək ki, “Türk İpək Yolu” layihəsi bu əməkdaşlığı birləşdirmək üçün birgə səylərdəndir. Xüsusi rəqəmsal platforma olan www.turkicsilkroad.com tərəfindən dəstəklənən layihə səyahətçilərə regionun zəngin mədəni və tarixi irsi ilə fasiləsiz səyahət təklif edir. Habelə “Tabarruk Ziyarat” layihəsi türk dövlətlərində müqəddəs və mənəvi əhəmiyyət kəsb edən yerlərə ziyarətləri təşviq edir.

Digər innovativ təşəbbüs isə 2021-ci ildən həyata keçirilən “Türk Dünyası Turizm Paytaxtı” proqramıdır. Bu proqram hər il bir üzv şəhəri mədəni tədbirlərə, konfranslara və festivallara ev sahibi təyin edir. Kokand (2022), Şamaxı (2023) və Türküstan (2024) şəhərləri bu proqram çərçivəsində turizm paytaxtları olublar. Qırğızıstanın Cəlal-Abad şəhəri isə 2025-ci il üçün “Türk dünyasının turizm paytaxtı” elan edilib.

K.Ömurəliyevin fəaliyyəti dövründə irəli sürülən əsas təşəbbüslər arasında 1000-dən çox turizm mütəxəssisi üçün peşə hazırlığı proqramları, xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün potensialın artırılması seminarları, davamlı təcrübələri təşviq edən ekoturizm layihələri də yer alır.

Son xəbərlər

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31