ABŞ Suriyadakı əməliyyatlara dəstək üçün Türkiyəyə hərbi sursat verə bilər
Rəsmi Vaşinqton Akaranın İdlibdəki hərəkətlərinə dəstək olaraq Türkiyəyə silah-sursat və humanitar yardım verməyə hazırdır.
“Daily Sabah” xəbər verir ki, bu fikirləri hazırda Türkiyədə səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri səsləndirib.

“Türkiyə NATO müttəfiqidir. Qüvvələrinin çoxu Amerika texnikasından istifadə edir. Avadanlıqların hazır olduğuna əmin olduğumuzda bundan istifadə edəcəklər”, - Ceffri belə deyib.

Bundan əlavə, qəzetin yazdığına görə, ABŞ-ın Türkiyədəki səfiri Devid Satterfild keçirdiyi brifinqdə bildirib ki, Vaşinqton hava hücumundan müdafiə sistemləri ilə bağlı Ankaranın sorğusunu araşdırır. Devid Satterfild, həmçinin deyib ki, Türkiyənin havadan müdafiə sistemləri ilə bağlı istəyi, “Patriot” məsələsi “S-400”-dən xaric dəyərləndirilə bilər.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft, Ceyms Cefri və Devid Satterfild ötən gün günorta saatlarında Hataya gedərək BMT tərəfindən Suriya qaçqınlarına edilən humanitar yardımları və bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Ceyms Ceffri jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Türkiyə ordusu bölgədə atəşkəsi təmin etməyə, insanların yaşadıqları fəlakətin qarşısını almağa çalışır: “Türkiyə NATO-dan və ABŞ-dan dəstək istəyib. Türkiyə ABŞ-ın ən böyük müştərilərindən biridir. Tramp da buna dəstək verib”.

Kelli Kraft isə deyib ki, iyul ayında BMT-də Suriya ilə sərhəddə keçidlərin təmin olunması, humanitar yardımlar zamanı sərhədlərin açıq tutulması məsələləri müzakirə ediləcək.(apa)

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31