Xəbərlər
24.07.2024, 21:36
Azərbaycan basketbol millisi Avropa çempionatına qələbə ilə başlayıb
Azərbaycan basketbol millisi Albaniyanın Elbasan şəhərində 18 yaşa qədər oğlanlar arasında keçirilən Avropa çempionatının “C” divizionunda ilk qrup matçına çıxıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, B qrupunda qərarlaşmış yığmanın ilk rəqibi Moldova seçməsi olub. Oyuna fəal başlayan Anar Sarıyevin yetirmələri yekunda rəqib üzərində 87-76 hesablı qələbəyə seviniblər. Qarşılaşmanın ən məhsuldar basketbolçusu milli komandanın üzvü Rafael Ağayev (24 xal, 12 ribaund) seçilib. Bu qələbə ilə yığmamız yarımfinala vəsiqəni təmin edib. Azərbaycan seçməsinin qrupda sonuncu oyunu iyulun 25-i Bakı vaxtı ilə saat 18:00-da Ermənistan yığmasına qarşı olacaq.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay