Fərhad Mehdiyev: “Valideynlərə tapşırıq verilib ki, gəlib Məlahət İbrahimqızına səs versinlər" – Saxtakarlıq İDDİASI
Deputatlığa namizəd Fərhad Mehdiyev 247 nömrəli məktəbdə yerləşən seçki məntəqəsində qanunsuzluqların olduğunu iddia edir.

Yeniavaz.com xəbər verir ki, Nəsimi rayon 21 saylı seçki dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev 247 nömrəli məktəbdə yerləşən 12-13 saylı seçki məntəqələrində qanunsuzluq olduğunu deyir. Fərhad Mehdiyevin bildirir ki, həmin məntəqələrdə seçki qutuluları müşahidəçilərin görə bilmədiyi yerlərdə qoyulub. Bu səbəbdən seçki vaxtı edilən bir çox saxtakarlıqların rahat şəkildə müşahidəçilərin nəzərindən qaçması mümkündür. Həmin seçki məntəqəsi barədə ortaya atılan digər bir qanunsuzluq iddiası isə 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva haqqındadır.

Fərhad Mehdiyev qeyd edir ki, övladı həmin məktəbdə təhsil alan bir çox valideyn həmin ərazidə qeydiyyatda deyil, ancaq, həmin məktəbdə deputatlığa namizəd Məlahət İbrahimqızına səs verəcəklər:

"Bizə bildirilən məlumata görə, 247 nömrəli məktəbin direktoru müəllimləri və valideynləri seçkiyə səfərbər edib. Onun bütün günü bu işə sərf olunur, müxtəlif adamlarla görüşür. Orada valideyn və müəllimlərin çoxu başqa yerdə qeydiyyatda olan adamlar olmasına baxmayaraq tək-tək Məlahət İbrahimqızına səsverməyə çağırılıblar".

Mövzu ilə bağlı 247 nömrəli məktəbin direktoru Nihal Hacıyeva ilə əlaqə saxladıq. O, həmin iddiaların yalan olduğu və bizimlə görüşüb ətralı məlumat vermək istədiyini bildirdi. Biz Nihal Hacıyevanın dəvətini nəzərə alıb həmin məktəbə getsək də direktoru yerində tapa bilmədik.

Son xəbərlər

Maradonanın ölümü ilə bağlı məhkəmə dinləmələri təxirə salınıb

Azərbaycanın iki qadın güləşçisi dünya çempionatının finalında

Turizmin inkişafı ilə bağlı Dövlət Proqramı - Təsdiqləndi

"İncə fikirlər" layihəsinin İlk qonağı - Sevinc Şirvanlı

Gürzəni öldürən Neftçala sakini özü də öldü - FOTO

Bir tərəf isti, digəri daşqınla mübarizə aparır - Fotolar

Bərdədə 54 yaşlı kişini "tok" vurub öldürdü

30 milyonluq qəsr aldı

Bakıda kirayə mənzillərin qiyməti bahalaşacaq

Kirayədə yaşayır, xeyli evi, sotlarla torpağı var: Məşhur müğənnilərin gizli əmlakları

GÜVƏNDİYİM A DAĞLAR, SƏNƏ DƏ QAR YAĞARMIŞ - FOTO

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Rusiya ordusu yenidən Kiyevə dronlarla zərbə endirib

TDT Təhlükəsizlik Şuraları Katiblərinin 5-ci görüşü Bakıda keçiriləcək

Azərbaycanda "Böyük İpək Yolu" turizm məhsulu yaradılacaq

Azərbaycanda "Turizm kəndi" konsepsiyası üzrə normativ hüquqi baza yaradılacaq

Əziz Əliyevin 130 illiyi qeyd ediləcək

Şagirdlərin elektron yerdəyişməsi başladı

Lisey və gimnaziyalara qəbulun son tarixi açıqlandı

Qiyamət günü əslində nə vaxt olacaq? - 5 böyük əlamət

Təhlükəsizlik qüvvələri evinə basqın etdi, prokuror həbs olundu

Rasim Həsənov məhkəmə zalından azadlığa buraxıldı

Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü

Bakıda uşaq xəstəxanasında biabırçı mənzərə - Fotolar

İsmayıllıda ağır avtoqəza baş verib, ölənlər var

Sabah Bakıda 32, rayonlarda 36 dərəcə isti olacaq

Azərbaycan XİN Mərkəzi Afrika Respublikasına qızıl mədənindəki faciəyə görə başsağlığı verib

44 il sonra evlənəcəklər - Fotolar

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31