Ölüm saçan virus bütün ölkəni bürüdü, ölənlərin sayı kəskin artdı - Video
2019-nCOV kod adı verilən yeni tip koronavirusa təsdiqlənmiş yoluxma halı Çinin Tibet muxtar rayonunda da qeydə alınıb. Bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsinin yaydığı bəyanatda deyilir.
Bildirilir ki, bununla da virus bütün ölkəni bürüyüb, o cümlədən muxtar və xüsusi inzibati rayonlara da keçib. Çində koronavirusun qeydə alınmadığı region qalmayıb.

Yanvarın 30-na keçən gecəyə olan məlumata görə virusdan ölənlərin sayı 170-ikeçib, yoluxanların sayı 8 minə yaxınlaşır. Lakin bunlar rəsmi rəqəmlərdir və qeyri-rəsmi məlumatlara əsasən ölənlərin, yoluxanların sayı qat-qat çoxdur.

Çindən başqa yoluxma halları indiyədək Yaponiyada. Cənubi Koreyada, ABŞ-da. Almaniyada, Avstraliyada, Finlandiyada və Fransada da qeydə alınıb.

Xatırladaq ki, Azərbaycan hökuməti də virusun ölkəyə keçməsinin qarşısının alınması (səhiyyə rəsmiləri iddia edir ki, ölkədə bu virus qeydə alınmayıb) üçün qabaqlayıcı tədbirlər görməkdədir. Ötən gecə Pekin-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunda ciddi yoxlamadan keçiriliblər.

Təyyarədən enən 85 sərnişin koronavirusa görə hava limanında olan həkimlər və epidemiologiya xidmət tərəfindən müayinə edilərək yoxlanılıb. Sərnişinlərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır. Dövlət Sərhəd Xidmətinin əməkdaşları da tibbi maska ilə sərnişinlərin sənədlərini yoxlayıblar.

Eyni zamanda DSX əməkdaşları tərəfindən digər ölkələrdən təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərin onlarla təmasda olmaması üçün dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçmələrinə icazə verilməyib. Qeyd olunub ki, Çindən gələn sərnişinlərin hamısı təhlükəsizlik səbəbindən tibbi müayinədən keçdikdən sonra digər sərnişinlərin dövlət sərhədindən buraxılış mən­tə­qə­lə­rinə keçidinə icazə veriləcək. Nəticədə İstanbul-Bakı aviareysi ilə Azərbaycana gələn sərnişinlər foyedə gözləməli olublar.

Lakin məsələ bundadır ki, koronavirus hətta inkubasiya dövründə də insandan insana keçir. Yəni virusa yoluxmuş adamda xəstəliyin heç bir əlamətləri (qızdırma, öskürək, baş ağrısı və s...) müşahidə olunmadığı halda onunla təmasda olanları da yoluxdura bilir. Başqa sözlə, hava limanında görülən bu ehtiyat tədbirləri hələ Pekindən gələn sərnişinlərin koronavirus daşıyıcısı olmadığına təminat verə bilməzdi.(virtualaz.org)

Son xəbərlər

Tramp administrasiyası idxalçılara 100 milyard dollarlıq gömrük rüsumunu geri qaytarıb

22 milyonluq təklifi rədd etdi, “Real”la bağlı hər şeyi sildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31