Oruc tutmağın doqquz faydası
Oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.

Oxu.Az xəbər verir ki, orucun orqanizm üçün bir çox faydaları var:

1. İmmun sistemini gücləndirir

Heyvanlar üzərində aparılan araşdırmada məlum olub ki, heyvanlar xəstələnəndə instinkt onlara diqqətini istirahətə yönəltməyi və yeməyi dayandırmağı əmr edir. Bəli, bu, insanlar üçün də keçərlidir. Çünki oruc tutduqda daxili sisteminizə verilən fasilə bədənin infeksiyalara qarşı mübarizəyə fokuslanmasına kömək edir və bunun nəticəsində də sərbəst radikalların miqdarı azalır.

2. Kilo vermək üçün unikal bir həlldir

Oruc tutmaq arıqlamaq üçün əla bir yoldur, ancaq düzgün həyata keçirildiyi təqdirdə. Düzgün etməsəniz, əlbəttə ki, kilo vermək əvəzinə kökələ bilərsiniz. Orucluq zamanı gün ərzində şəkərli qidalardan çəkindikdə, bədən yığılmış yağları enerji mənbəyi kimi istifadə edir. Lazımsız yağlar gündəlik enerji tələbatına çevrilir.

3. Xolesterinin səviyyəsini aşağı salır

Bədənin kilo itkisini idarə etmək qabiliyyəti xolesterol səviyyəsinin azalmasına təsir edir. Ümumiyyətlə bədəndə iki növ xolesterol var; pis xolesterol (LDL) və yaxşı xolesterol (HDL). Bəzi araşdırmalar orucluğun pis xolesterol səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığını, ancaq yaxşı xolesterol adlanan HDL-ə müsbət təsir göstərdiyini təsdiqləyir.

4. Oruc tutmaq həzm sistemini gücləndirir

Çinlilər həmişə vurğulayırlar ki, insan bədəninin mərkəzi onun mədəsidir. Mədə bədənin enerji mənbəyidir və buna görə də orqanizmdə ən ağır və ən çətin işi görür. Oruc zamanı bu orqana verilən azmüddətli istirahət onun iş prosesini yaxşılaşdırmasına, hətta özünü təmizləməsinə və yenidən fəaliyyətini bərpa etməsinə imkan verir.

5. Artan böyümə hormonu orucun faydalarından biridir

Oruc idmançılar üçün çox faydalıdır, çünki orqanizmin özünü təmizləmə müddətini qısaldır və əzələlərin daha sürətli bərpasına kömək edir.

6. Beyin fəaliyyətini yaxşılaşdırır

Oruc zamanı beyin normal halda istifadə etdiyi enerji mənbəyi olan qlükoza yerinə yağları parçalayaraq enerji ketonlardan istifadə edir. Oruc zamanı beyində ifraz olunan müəyyən tip zülallar beyin kök hüceyrələrinin optimal işləməsini stimullaşdırır. Buna görə, oruc tutan insan daha ayıq olur.

7. Pis vərdişlərdən qurtulmağa kömək edir

Ramazan ayı pis vərdişləri tərgitmək üçün mükəmməl vaxtdır, çünki biz gün boyu oruc olduğumuz üçün siqaret çəkmək kimi qeyri-sağlam adətləri tərgitməli oluruq.

8. Dəri sağlamlığına müsbət təsiri var

Oruc zamanı orqanizm toksinlərdən təmizlənmək və eyni zamanda hüceyrələrin degenerasiya prosesini ləngitməklə yanaşı, hüceyrələrin bərpası prosesini də yaxşılaşdırmaq imkanı əldə edir.

9. Qan şəkərini aşağı salır

Oruc tutmaq qlükozanın parçalanmasını artırır ki, orqanizm enerji ala bilsin, buna görə də, insulin istehsalını azaldır və mədəaltı vəzi istirahət edir. Qlükozanın parçalanmasını asanlaşdırmaq üçün isə qlikogen istehsal olunur. Oruc tutmaq nəticəsində qanda şəkərin miqdarı azalır ki, bu da xüsusilə diabet xəstələri üçün faydalıdır.

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31