"Azərenerji" yay rejiminə keçir

"Elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub".

Sonxeber.az xəbər verir ki, bunu "Azərenerji" ASC-nin Mətbuat Mərkəzinin rəhbəri Teymur Abdullayev deyib.

T.Abdullayevin sözlərinə görə, sözçüsü olduğu qurum elektrik enerjisinə tələbatın artması ilə əlaqədar yay rejiminə keçib:

"Yay aylarında turizm, o cümlədən əyləncə obyektlərinin intensiv fəaliyyəti, su, dondurma və başqa aparatların, iritutumlu soyuducuların, mənzillərdə və obyektlərdə kondisionerlərin fasiləsiz fəaliyyəti, həmçinin başqa amillər enerjisistemin bütün fəsillərlə müqayisədə ifrat dərəcədə yüklənməsinə səbəb olur. Ötən ilin iyul ayında enerjisistemdə baş verən qəzanın təkrarlanma ehtimalının aradan qaldırılması üçün "Azərenerji"nin rəhbərliyi indidən qabaqlayıcı və kompleks tədbirlər görür. Belə ki, elektrik stansiyalarında qüsurlu avadanlıqların dəyişdirilməsi, temperaturun yüksəlməsi ilə bağlı avadanlıqlarda yarana biləcək çatışmazlıqların vaxtında aradan qaldırılması, yay rejimi üçün maksimum güc rejiminin hazırlanması qarşıya xüsusi tapşırıq olaraq qoyulub. Eyni zamanda yüksəkgərginlikli ötürmə xətlərində, o cümlədən yarımstansiyalarda təmir və yoxlama işlərinin aparılması, hava xətlərinin mühafizə zonasında baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması üçün xətlərin qoruq zonalarında xüsusi tədbirlərin həyata keçirilməsinə göstəriş verilib. Enerjisistemin idarəolunması işini qüsursuz həyata keçirmək üçün xarici mütəxəssislərin dəvət edilməsi, baş verə biləcək hər hansı qəza hallarında əks-qəza və sistem avtomatikasının işinə "Azərişıq" ASC ilə birgə baxılmasının təmin edilməsi də qarşıya məqsəd qoyulub".

Xatırladaq ki, 2018-ci il iyulun 2-də "Azərbaycan" İstilik Elektrik Stansiyasında (İES) baş verən qəza nəticəsində ölkə üzrə elektrik enerjisinin verilişində fasilə yaranmışdı. "Report"un hökumətdəki mənbələrə istinadən verdiyi məlumata görə, baş verən qəza nəticəsində ölkə iqtisadiyyatına 500 mln. manata yaxın ziyan dəyib.

Son xəbərlər

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31