Türkiyədə əlverişsiz hava şəraiti fəsadlar törədib, Qara dənizdə bir gəmi ilə əlaqə kəsilib
Türkiyə ərazisində davam edən əlverişsiz hava şəraiti bir çox fəsadlar törədib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, noyabrın 18-də ölkənin bütün vilayətlərində hava anidən kəskin dəyişib, güclü küləklə müşayiət olunan leysan, qar yağır.

Güclü külək səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən “Kafkametler” adlı gəmi ilə əlaqə kəsilib.

Məlumaya görə, göyərtəsində 12 nəfərlik heyətlə Rusiyadan İzmirin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək, yenidən hərəkətə keçən gəmi ilə limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib.

Hazırda gəminin axtarışları davam edir.

Güclü külək səbəbindən, həmçinin İstanbula nəzərdə tutulan bir çox təyyarə reysləri, eləcə də şəhərlərarası və şəhərdaxili dəniz səfərləri təxirə salınıb.

Əsən fırtına binaların və evlərin dam örtüklərini uçurub, ağacları kökündən qoparıb. Bəzi bölgələrdə istinad divarları aşıb.

Yağan leysan yağışı səbəbindən İstanbulun Şile bölgəsində dərə daşıb. Nəticədə evləri və iş yerlərini su basıb. Bununla bağlı son iki gün ərzində İstanbul Böyükşəhər Bələdiyyəsinə 3400-ə yaxın müraciət olub.

Eyni mənzərə şəhərin müxtəlif bölgələrində də müşahidə edilib.

Panama bayrağı altında üzən və Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb. Gəminin sahilə doğru hərəkət edən hissəsi limanın beton divarlarına çırpılaraq sahildəki amfiteatra zərər vurub.

Gəmi heyəti təxliyə edilib.

Qara dənizdə suyun səviyyəsinin yüksəlməsi səbəbindən Zonquldağda yerləşən bir cəza evindəki məhkumlar təxliyə edilib.

Yağan leysan yağışı Mərmərə dənizində də suyun səviyyəsini artırıb, nəticədə Yalova vilayətinin Çınarcık rayonunun sahilyanı ərazilərini su basıb.

Yalovanın Delmece yaylasında isə qarın hündürlüyü 15 santimetrə çatıb.

Bəzi bölgələrdə elektrik enerjisinin verilişi dayandırılıb.

Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb.

Hidrometeoroloqlar ölkə ərazisində əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Yeni “Çimen” o olacaq - Fotolar

“Mən onu başa düşürəm, o da məni”

Alimlər spirtli içkiyə olan istəyi azaldan pəhriz kəşf etdi

ARZUMU GÜNƏŞİN TELİNƏ SARDIM…

“Gezep”in yeni layihəsi bəlli oldu

“Əxlaqsızlığı film və mahnılarda axtarmayaq...”

Kamilə Babayevaya ağır itki

Brent neftinin qiyməti 91 dolları ötdü

O da Oktayla Fahriyenin serialında rol alacaq - FOTO

Rodri "Barselona"ya keçdi

Ərdoğan Britaniyanın Baş naziri ilə regional məsələləri müzakirə etdi

BELA ZƏNGİNASARLI : DƏYİŞMİR AĞZIMIN TAMI - FOTO

Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı

Bəllə məni

SEVİNC YUNUSLU : Yenə dua elədim, zərrə peşman olmadım.. - FOTO

"Mehmed Fetihler Sultanı"nda rol alacaq

Azərbaycanda dollara tələb kəskin azaldı

Azərbaycanda nikahların sayı kəskin azalıb - 6 ayın STATİSTİKASI

Android istifadəçiləri təhlükədə: Yeni casus proqram telefonları ələ keçirir

Tanınmış aktrisa 36 yaşında vəfat etdi

Bakıda 28 yaşlı müəllimi elektrik cərəyanı vuraraq öldürdü

DİM sədrindən pul verib ixtisas seçdirənlərə çağırış

Müğənninin qardaşı yüksək vəzifəyə təyin edildi

Baş Prokurorluq Azərbaycana qarşı terror çağırışları edən üç Rusiya vətəndaşını beynəlxalq axtarışa verib

Şəmkirdə minik avtomobilləri toqquşub, 3 nəfər ölüb

Bakının Böyükşor gölündə suyun rənginin yaşıl olmasının səbəbi müəyyənləşib

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

"Qarabağ"ın Niderlanda səfər planı müəyyənləşib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31