Formula 1 SOCAR Azərbaycan Qran-Prisini izləmək üçün Bakıda 74 ölkədən azarkeşlər olub

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində yarış sessiyalarını yerində canlı izləməyə, həmçinin həftəsonunda “Baku Crystal Hall”da dünya ulduzlarının iştirakı ilə keçirilən axşam konsertlərinə ümumilikdə 85 min tamaşaçı gəlib.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətindən (BŞH) AZƏRTAC-a bildiriblər ki, bu il ötənilki qədər bilet satılıb. Xaricdən alınan biletlərin nisbəti 22 faiz təşkil edib. Ötən illə müqayisədə bu il yarış həftəsonu ərzində yarış məkanına gələnlərin sayında bir qədər azalma müşahidə olunub. Buna səbəb əvvəlcədən iştirakı nəzərdə tutulan britaniyalı ulduz Sem Smitin yarışa çox az vaxtın qaldığı bir ərəfədə xəstələndiyi üçün Bakı konsertini ləğv etməsi olub.

Çox sayda xarici azarkeşin rəğbət göstərdiyi yarışda qələbəni “Mercedes” komandasının pilotu Valtteri Bottas qazanıb. Onu komanda yoldaşı Luis Hamilton və “Ferrari”nin sürücüsü Sebastian Fettel izləyiblər. Bottasın zəfər sevinci ötən il yarışın sonuncu dövrələrində qələbəyə gedərkən yaşadığı uğursuz qəzanın verdiyi kədəri tamamilə unutdurub. Onun qələbəsi tirbunalarda əyləşən minlərlə azarkeş tərəfindən böyük çoşğu ilə qarşılanıb.

Yarışı izləməyə 74 ölkədən azarkeş gəlib. Bu ölkələr arasında Rusiya, Böyük Britaniya, Avstriya, Niderland və Gürcüstandan xüsusilə fərqləniblər.

BŞH-nin kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim yarışı izləməyə gələnlərin statistik göstəriciləri ilə bağlı bildirib: “Son 4 il ərzində Azərbaycanda Formula 1 yarış həftəsonunun möhtəşəm şəkildə keçirilməsində böyük irəliləyiş əldə etmişik. Avropadan gələn azarkeşlərin sayının artması ilə əsas Formula 1 izləyicilərinin Bakını seçməsi bizi xüsusilə sevindirir. Buna misal olaraq, yarışı izləmək üçün ölkəyə səfər edənlərin sayında 41 faiz artımla Böyük Britaniya, 28 faizlə Avstriyanı və 26 faizlə Nidelandı göstərə bilərik. Bundan başqa, Çin və Türkiyədən gələnlərin sayında da müvafiq olaraq 22 və 11 faiz artım qeydə alınıb. Tribuna biletlərinin hamısı satılıb və cümə günü axşam konsertinin olmamasına, həmçinin Sem Smitin şənbə günü keçirilməsi nəzərdə tutulan çıxışının son anda ləğv olunmasına baxmayaraq, ümumilikdə bilet satışı 2018-ci ildəkinə bərabər olub. Xüsusən gənclər arasında yarışa maraq ilbəil artır və nəticədə hər ötən il yerli azarkeşlərin sıraları daha da genişlənir. Bu, bizi yüksək səviyyədə həvəsləndirir. Düşünürəm ki, hazırda tutduğumuz mövqe olduqca güclüdür və 2020-ci ildə də azarkeşlər üçün daha bir möhtəşəm Formula 1 yarış həftəsonu keçirmək üçün əlimizdən gələni edəcəyik”.

Builki yarış son iki yarış qədər dramatik anlara səhnə olmasa da, Formula 1 azarkeşləri həyəcan dolu anlarla yadda qalan sıralanma turundan və Formula 2 yarışlarından böyük zövq alıblar.

Formula 1 SOCAR Azərbaycan Qran-Prisi tamaşaçıların zövqünə uyğun təklif etdiyi zəngin məzmunlu müxtəlif əyləncə proqramı ilə də avtoidman sevərlərin könüllərini fəth edib. Yarış həftəsonunda dünya musiqisinin məşhur iki ulduzu axşam saatlarında “Baku Crystal Hall”da səhnəyə çıxaraq azarkeşlərə möhtəşəm əyləncə şousu təqdim edib. Şənbə günü sıralanma turundan sonra keçirilən konsertdə Cessi Cey ən sevilən mahnılarını ifa edib, bazar günü isə Kardi B möhtəşəm performansı ilə yarış həftəsonunun bağlanış konsertinə öz damğasını vurub.

Bundan başqa, bu il ilk dəfə olaraq BŞH-nin təşkilatçılığı ilə yarış həftəsonu ərzində “Bakı şəhərinin sədaları” adı altında gecə əyləncə proqramları təşkil olunub. “Elektra Events Hall”da keçirilən proqramda dünyanın məşhur DJ-ləri çıxış ediblər. Aprelin 26-da səhnəyə Ciqan və Mahmut Orhan, ertəsi gün Robin Şulz və ayın 28-də “Lost Frequencies” çıxıb. Biletləri Formula 1 yarışlarından ayrıca satılan bu əyləncə proqramlarında Bakıya Azərbaycan Qran-Prisini izləməyə gələn yüzlərlə xarici avtoidman azarkeşi ilə yanaşı, çox sayda paytaxt sakini də iştirak edib.

Son xəbərlər

Elektron siqaretlərin mülki dövriyyəsi qadağan edildi

Bakıda bir ailənin faciəsi... - 2 qardaş öldü - Yenilənib

Tələbə qızı dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü

Paşinyanın yeni hökumətinin prioritetləri – müxalifət, kilsə və sülh prosesi - ŞƏRH

İlham Əliyev Azərbaycanda avtonom nəqliyyat vasitələrinin tətbiqini təsdiqləyib

Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır

Sabah Azərbaycanda 38 dərəcə isti olacaq

YÜKSƏK BAL TOPLAYAN MÜƏLLİM

İlham Əliyev "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib

Qaralma dəbinin yaratdığı böyük təhlükə: Xəbərdarlıq edildi

İndi də toylarının bu həftəsonu olacağı deyilir

Rəsmi Tehran İran və ABŞ arasında danışıqların başlanması ilə bağlı iddiaları təkzib edib

Ağdərədə mina partlayıb, iki nəfər xəsarət alıb

Xalq yazıçısı Elçinin qəbirüstü abidəsinin açılışı olub

Neft qiymətləri 5 %-dən çox aşağı düşüb

Sabah jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı keçiriləcək

Kolleclərə ixtisas seçimi başlayıb

Yasamal rayonunun bir sıra ərazilərində üç saat işıq olmayacaq

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31