Xəbərlər
18.07.2023, 00:56
Polşada təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb, 12 nəfər yaralanıb
Polşada “Cessna 208” təyyarəsinin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, Polşanın “Rzeczpospolita” nəşrinin məlumatına görə, hadisə ölkənin Novodvorski rayonunda baş verib.
Təyyarə Nasielski yaxınlığındakı Hrcinno hava limanında insanların yağışdan sığındıqları anqara çırpılıb. Hazırda xilasetmə əməliyyatı aparılır, hadisə yerinə çoxlu sayda təcili yardım xidməti cəlb olunub.
Təyyarənin qəzaya uğramasının səbəbi məlum deyil.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay