Minlərlə ukraynalı Rusiya ilə danışıqlara görə Maydana çıxıb - Video
Ukrayna müxalifəti “Normand formatı”nda görüşdən əvvəl Kiyevin mərkəzində Prezident Vladimir Zelenski üçün “Qırmızı xətlər” adlı aksiya keçirib.
Yerli KİV xəbər verir ki, Maydanda təşkil olunan mitinqə təxminən 15 min nəfər çıxıb.

Ukrayna müxalifəti Putinlə danışıqlarda güzəşti yolverilməz hesab edir. Elə aksiyanın əsas məqsədi də Ukrayna Prezidenti Vladimir Zelenskiyə keçilməz qırmızı xətləri göstərməkdir.

Son məlumata görə, hazırda Kiyevdə insanlar Bankovaya küçəsindəki Prezident Aparatının qarşısına toplaşırlar.

O da bildirilir ki, polis prosesə müdaxilə etməyib.



Ukrayna müxalifəti “Normand formatı”nda görüşdən əvvəl Kiyevin mərkəzində Prezident Vladimir Zelenski üçün “Qırmızı xətlər” adlı aksiya keçirib.
Yerli KİV xəbər verir ki, Maydanda təşkil olunan mitinqə təxminən 15 min nəfər çıxıb.

Ukrayna müxalifəti Putinlə danışıqlarda güzəşti yolverilməz hesab edir. Elə aksiyanın əsas məqsədi də Ukrayna Prezidenti Vladimir Zelenskiyə keçilməz qırmızı xətləri göstərməkdir.

Son məlumata görə, hazırda Kiyevdə insanlar Bankovaya küçəsindəki Prezident Aparatının qarşısına toplaşırlar.

O da bildirilir ki, polis prosesə müdaxilə etməyib.


“Normand formatı” çərçivəsində danışıqların nəticələri bizi qane etməsə, sənin sonun Viktor Yanukoviç kimi olacaq. Sənin reysin Paris-Kiyev olmayacaq, Paris-Rostov olacaq”, - bəyanatda bildirilib.

Bu bəyanat bu gün Kiyevdə müxalifətin keçirdiyi mitinqdə səsləndirilib.

Xatırladaq ki, uzun sürən fasilədən sonra dekabrın 9-da Parisdə “Normand dördlüyü”nün növbəti sammiti keçiriləcək. Donbas münaqişəsindən sonra yaradılan “Normand formatı” liderlərinin görüşü sonuncu dəfə 2016-cı ilin oktyabrında Almaniyanın paytaxtı Berlin şəhərində baş tutub. Lakin görüş zamanı aparılan müzakirələr nəticəsiz qalıb, Rusiya və Ukraynanın heç biri güzəştə getməyib. 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand formatı”na böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

Bu gün isə dünya liderlərini ümidləndirən fərqli bir vəziyyət yaranıb. Ukraynada Vladimir Zelenski hakimiyyətə gələndən sonra Kiyev və Moskva arasında birbaşa dialoq qurulub. Qısa müddətdə böyük tərkibdə əsir və girovların dəyişdirilməsi baş tutub, Rusiya qazının Ukrayna ərazisindən tranzitinə dair razılaşma əldə olunub, Donbas münaqişəsinin həlli istiqamətində təkliflər irəli sürülüb. Bu baxımdan dekabrın 9-da Fransa paytaxtındakı Yelisey sarayında təşkil olunacaq “Normand dördlüyü”nün liderlərinin sammitini adi protokol görüşü adlandırmaq sadəlövhlük olardı. Artıq tərəflər öz mövqeyini və müzakirə olunacaq məsələlərin anonsunu da verib. Vladimir Zelenski bəyan edib ki, görüşdə müzakirələr yalnız Ukraynanın milli maraqları çərçivəsində aparıla bilər. Müzakirələrdə əsas mövzular Yeni ilədək əsir və girovların növbəti dəyişdirilməsi prosesinin baş tutması, Donbasda atəşkəsin əldə edilməsi, yerli seçkilərin keçirilməsi olacaq. Rəsmi Kiyev hesab edir ki, ilk növbədə, silahlı qruplaşmalar ərazidən çıxarılmalı, Kiyev Rusiya ilə sərhəddə nəzarəti bərpa etməli və bundan sonra Ukrayna qanunvericiliyinə uyğun seçki keçirilməlidir.

Hələ “Normand dördlüyü”nün görüşündən xeyli əvvəl burada hər hansısa razılaşma sənədinin imzalanacağı açıqlanıb. Rusiya rəsmiləri bu razılaşmanın imzalanacağını istisna etməyiblər. Rusiya Prezidenti hələ oktyabrın sonundan bu görüşə hazır olduğunu bəyan edib.

Ukrayna Ali Radasının fraksiyaları olan “Avropa həmrəyliyi”, “Səs” və “Batkivşina” artıq ölkə Prezidentindən “qırmızı xətti” keçməməsini tələb ediblər. Onlar hesab edirlər ki, müzakirələr Ukraynanın milli maraqları və Avropaya inteqrasiya kursuna zidd olmamalıdır. Əks halda... Nə olacağını artıq yuxarıda qeyd etdik.

Almaniya Kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Markon bəyan ediblər ki, Avropanın maraqları çərçivəsində Donbas münaqişəsi ətrafında Rusiya ilə birbaşa dialoq arzuolunandır. Amma...

AzərTAc-ın yazdığı kimi, bütün məsələlər dekabrın 9-da, günün ikinci yarısında rəsmilərin mətbuata bəyanatlarından sonra bəlli olacaq. Ya “Normand dördlüyü” tarix yazacaq, ya da sadəcə tarixə çevriləcək.(virtualaz.org)

Son xəbərlər

QƏLƏMİN HİKMƏTİ – SÖZÜN QÜDRƏTİ (NİCAT ƏRTÜRK YARADICILIĞINA ELMİ-ƏDƏBİ BAXIŞ)

Bu dəfə ekrana aktyor kimi çıxmayacaq

HƏKİM ÖMRÜNÜN DAVAMI

Gizli şəkildə evləniblər? - Fotolar

Niyə hamı bloqer olmaq istəyir - Məşhurluq arzusu, yoxsa çıxış yolu? - ARAŞDIRMA

Tikinti müddətində ekspres avtobuslar ödənişli olacaq

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31