İlqar Məmmədov: “5 il həbs mənim mövqeyimi dəyişmədisə, parlament dəyişdirə bilməz”
Parlament seçkiləri ölkə gündəminin əsas mövzusudur. Bizimyol.info-nun suallarına REAL partiyasının sədri İlqar Məmmədovdan cavablar:
-İlqar müəllim, REAL seçkilərə hazırdırmı?

- Konstitusiya məhkəməsinin qərarı siyasi nöqteyi nəzərdən gecikib. Cari ilin may ayında biz əsas yaratmışdıq ki, məclis buraxılsın.Hələ may ayında bunun üçün qanuni vəziyyət mövcud idi. Huquq və legitimlik baxımından vəziyyət var idi. Biz seçkilərə hazırıq və iştirak etməyə qərarlıyıq.Parlamentin buraxılması demokratik keçid üçün imkan açır və biz xalq olaraq bundan istifadə etməliyik.

- Necə hesab edirsiniz, seçkilər bu dəfə demokratik qaydada keçiriləcək?

-Biz bunu həmişə təkid etmişik və bu fürsətən istifadə etmək lazımdır. Heç kim seçkiləri öz iradəsi iılə demokratik keçirməyəcək. Demokratik seçkilər üçün xalq və müxalifətin əl-ələ veməsi lazımdır. Bizə sual verirlər,total saxtakarlıqla müşahidə olunan seçkilərə niyə gedirik? Mən sual verirəm, bəs alternativi nədir?. Evdəmi oturaq? Bunun bizə nə faydası olacaq. Hansısa cəhd olunmalıdır. Bütün generallar müharibə bitən kimi yeni müharibəyə hazır olmalıdırlar. Ola bilər kki, hakimiyyət bəlkə bu dəfə başqa saktakarllığa və təsir formalarına əl atacaq. Bəlkə əvvəlki saxtakarlıqlara tarixi şərait imkan verməyəcək? Bu ehtimaldır. Amma parlament niyə buraxılırdı. Madam ki buraxılıb, deməli başqa şanslar var. Son 3 seçkiləri müxalifət boykot etmişdi. Ard-arda 3 baykot nəticəsində biz nə qazandıq?.

Boykot seçki v siyasi proseslərdən kənarlaşma deməkdir.Bu boykot o zaman real olardı ki, 100 minlərlə insan küçələrə tökülüb etiraz edərdi. Amma bizdə bunu etmirik, özümüzü aldatmayaq. Siyasi mühəndislik işi görülmədən indiki siyasi hakimiyyətdə və ölkədə dəyişiklik etmək mümkün deyil. Bu anlamda mən hamını səsverməyə çağırırıam. YAP-ın 700 min seçicisi var. Və onları seçkilərə gətirəcəklər. Müxalifətin isə milyondan çox seçici səsvermədə olmayıb. 5 milyon səsvermə qabiliyyətli insanın hamısı gəlmir və gəlməyənlərin səsinin saxtalaşdırılması labüddür. Təməl siyasi dəyşiklik üçün konstitusion gedişat istifadə olunmalıdır.Nə qədər çox seçkiyə gəlsəniz, səslərinizi o qədər az oğurlayacaqlar.

- Müxalifətin indi daha çox şansı varmı sizcə?

-Xəyal qurmaqla şərt irəli sürmək arasında fərq var. Seçki mühiti öz-özünə daha yaxşı vəziyyət alıb. Texnologiyaları nəzərə alaraq deyirəm. Müxalifət öz fikrini öz izləyicilərinə çatdıra bilirlər. Bu əvvəllər olmayıb. Gələcəkdə olmaya da bilər.Biz həmişə bizi TV-yə radioya buraxın deyirdiksə indi bu olmasa da olar. İndi tv-lərin baxış sayı sosial mediadan aşağıdır yəni biz öz sözümüzü vətəndaşa çatıdra bilirik. Bir şərti texnologiya həll edib.

İkinisi- İlin əvvəlində siyasi məhbusların azadlığı üçün fəaliyyət göstərdik. Xeyli siyasi məhbus azad edildi. 100-dən çox siyasi məhbus yenə var.Amma bu prosesdə yumşalma var və hesab edirik ki, yeni əff fərmanı ilə çoxlu sayda siyasi məhbus azad ediləcək.

-Mandat aldıqdan sonra mövqeyini dəyişəən çox deputatlar var. Mövqeyiniz deyişə bilərmi?

-Hələlik mənim seçkidə iştirak hüququmu hələ tanmırlar və mən bu uğurda mübarizə aparırıam. Mənim sənədlərimi hələ qəbul belə etmirlər.Mən inanmıram ki, Azərbaycanda demokratik seçki haklimiyyətin öz iradəsidir. Mən öçrümün 5 ilini həbsdə keçirmişəm. Bu 5 ildə mövqeyim dəyişməyibsə parlament mənim mövqeyimi dəyişə bilməz, mən həmişə xalqın iradəsini dilə gətirəcəm.

Hər yeni seçkini əvvəlki seçkinin yas mərasiminə çevirmək olmaz. Nəticələr çıxarıb döyüşə daha yaxşı hazırlaşıb getmək lazımdır.Seçki yenə saxta keçəcəksə dinc, konstitusion etirazda meydandayıq və seçkini daim boykot edənlərin meydanı da boykot etməyəcəklərinə inanmaq istəyirəm.

Başqa təşkilatlarla blok qurmaq planımız yoxdur, çünki başqa təşkilatlar 20 il ərzində düzgün mübarizə aparsaydılar, REAL`ın yaranmasına ehtiyac qalmazdı. Amma dairələri bölüşdürə bilərik.

Son xəbərlər

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31